Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İsti və yağlı qidalar plastik qablarda saxlanılmamalıdır"
"İsti və yağlı qidalar plastik qablarda saxlanılmamalıdır"

Amerika Səfirliyi plastik məhsulların ətraf mühitə və insan sağlamlığına vurduğu zərərlərə diqqəti çəkmək məqsədilə plastik şüşələrdən yeni il ağacı hazırlayıb. Müvəqqəti işlər vəkili Maykl Dikerson dünən Baku American Center Yaşıl Klubun və digər təşkilatların yerli ekoloqları ilə birlikdə plastik şüşədən hazırlanmış Milad ağacın ənənəvi işıqlandırılmasında iştirak edib. O, iştirakçılara ABŞ Səfirliyinin təkrar emal sahəsini əyani nümayiş etdirib. Bu ağac, ABŞ Səfirliyinin təkrar emal sahəsinə və atmosfer tullantılarını azaltmağa töhfə verəcək digər ekoloji cəhətdən təmiz tədbirlərə sadiq olmasının parlaq nümunəsidir.

Amerika Səfirliyi Milad Ağacı Amerika Səfirliyi, Milad Ağacı

Qeyd edək ki, plastik istifadəsi insan sağlamlığı üçün təhlükəli olduğunda bir çox ölkədə plastik məshulların istifadəsinə qadağa qoyulub. Mütəxəssislərin fikrincə, plastik məhsullar gün ərzində bütün sahələrdə istifadə edilir. Plastiklər həyatı rahatlaşdırmasına baxmayaraq, sağlamlıq və ətraf mühit üçün çox təhlükəlidir.

Ekoloq Vaqif Əliyev Bizimyol.info saytına açıqlamasında bildirib ki, paketlər su qaynaqları məişət tullantıları ərazilərində önəmli yer tutur. Təbiətdəki mikroorqanizmlər plastikləri rahatlıqla parçalaya bilmir və bu vasitələr yığılıb qalıb ətraf mühit kirliliyinə yol açır. Tullantılardan hazırlanan qara plastik torbalar isə, insan sağlamlığı üçün təhlükə hesab edilir. Qara plastik torbalar, plastik butulkalar, tibbi tullantılar və s. plastikdən olan qabların təkrar istehsalı zamanı əmələ gəlir. Tullantı maddələr təkrar istehsal zamanı şəffaflaşdırmaq mümükn olmadığı üçün rəngi tündləşdirilir.

Ümumiyyətlə bütün dünyada qida maddələrinin gigiyenik qaydalara əməl edilmədən hazırlanan qara paketlərdə daşınılması qadağandır. Belə torbalar ancaq məişət tullantılarının atılması üçün işə yarayır.

“ Çay və kofe kimi isti içkilər üçün istifadə edilən plastik stəkanlar içərisinə 70-90 C içkilər qoyulduğu zaman tərkibində olan plastik maddə istinin təsirindən əriyib monomerlərə ayrılır və bu da təhlükəli nəticələrə yol acır. Plastikin tərkibində olan kimyəvi maddələr, qida ilə təmas etdiyi zaman qidaya keçir. Bu proses qidanın istiliyinə görə dəyişir. İstilik artıdqca, qidaya keçmə daha yüksək olur. Bu səbəblə də isti və yağlı qidalar plastik qablarda saxlanılmamalıdır. Bu kimyəvilərin qidaya keçməsi plastiklərin çeşidi ilə də əlaqəlidir”,-deyə ekoloq bildirib.

Onun szölərinə görə, plastik su qablarının içində su uzun müddət qaldığı zamna bir çox təhlükəli kimyəvi maddə suya qarışa bilər. Bu kimyavi maddələr isə mədə, qaraciyər, sinir sistrmi və ağciyər toxumasında problemə yiol açıb, xərçəngə səbəb ola bilər.

Qeyd edək ki, bu ilin iyul ayının 1-dən ölkədə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların idxalı, istehsalı, istifadəsi qadağan edilir.

Qadağa 2020-ci il noyabrın 26-da “Azərbaycanın İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” Prezident İlham Əliyevin imzaladığı fərman əsasında tətbiq olunur.

Fərmanda qeyd edilir ki, ölkə ərazisində polietilen torbaların, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların idxalına son qoyulacaq.

Fərmanın müddəaları polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanlara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə minib.

Amma bu qadağaların olmasına baxmayaraq bu gün də ölkədə mağaza, ticarət mərkəzləri və marketlərdə plastik məhsullar satılır. Yəni qısacası hər bir qanunun icraatında problem olduğu kimi bu sahədə də var.

Bu məsələdə məsuliyyət yenə vətəndaşındır. Plastik məhsulların zərərlərini bilən hər bir vətəndaş bu məhsullardan istifadəni dayandırmalıdır.

Əksər mağazalar plastik məhsulların satışını tələblə əlaqələndirir.

Bildirilir ki, tələb olması, istehlakçı istəməsə, almasa b u məhsullar da mağazalara ayaq açmaz.

Buna görə də, bu bahanənin də qarşısını almaq üçün plastik məhsullardan birdəfəlik imtina etmək lazımdır.

Bir müddət əvvəl Ekologiya və Sərvətlər Nazirliyi plastik məhsullardan imtina ilə bağlı çağırışlar edirdi. Hətta nazirlik ekoloji təmiz torbalarla bu məsələni gündəmdə saxlayırdı.

Bu gün mağalarda bu məhsulların satılması həm də istehlakçı hüquqlarının pozulmasıdır. Çünki istehlkaçıların əksəriyyəti bu məhsulların zərərlərindən xəbərsizdir.

Bu problemin aradan qaldırılması üçün isə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti monitorinqlər aparmalı, protokollar tərtib edilməli, göstərişlər verməlidir.

Bələ o zaman bu zərərli vasitələr vitrinlərdən yığılar.

Amerika Səfirliyinin butəşəbbüsünə gəldikdə isə, hesab edirik ki, bəzi dövlət qurunları da bu təşəbbüsü dəstəkləməli, plastikin zərərləri haqqında maarifləndirmə tədbirləri aparmalı və vətəndaşalrı belə məhsulları almaqdan çəkinməyə çağırmalıdır.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »