Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hansı miqdarda spirtli içki içmək normaldır...
Hansı miqdarda spirtli içki içmək normaldır...

Spirtli içki istifadəsi pis vərdişlər arasında yer alır. Bəzi insanlar hər gün spirtli içki içməsələr də xüsusi günlərdə, bayramlarda içir və bəzən həddən artıq çox içirlər. Alkoqoliklər daim içdiyi üçün onlarda həddən artıq ürək bulanma, baş ağrısı kimi əlamətlər müşahidə edilmir. Yeni il axşamlarında da bəzən insanlar çox yemək yeyir, çox içki içirlər. Mütəxəssislərin fikrincə, il boyu az spirtli içki içib, bayramlarda çox içki içənlər bir çox probelmlərlə qarşılaşa bilərlər. Çox içkidən sonra adətın baş ağrısı və ürək bulanma olur. Bu zaman qəbul edilən istənilən ağrı kəsici zəhərlənməyə səbəb ola bilər.

Hansı miqdarda spirtli içki içmək olar?

Mütəxəssislərin fikrincə, bu sualın cavabı şəxsin çəkisi ilə əlaqəlidir. Aparılan araşdırmalara görə, sərxoşluğun 5 fərqli səviyyəsi var. Və beşinci səviyyədə sərxoş olan insan özünü çox rahat və yaxşı hiss edir.

Dietoloq Samir Quliyev Bizimyol.info saytına açıqlamasında bildirib ki, içki insanın bədən kütləsinin hər 20 kiloqramına 1 qədəh olmalıdır. Bu zaman insan beşinci dərəcə sərxoş ola bilir.

“Məsələn 60 kiloqram çəkisi olan biri 3 qədəh spirtli içki içə bilər. İçki çox olduğu zaman ürək bulanma və baş ağrısı başlayır.

İçki acqarına içilməməlidir. Ac qarına içilən içki zövq vermir. Əgər içkini çox içmisinizsə, tərkibi C və B vitamini ilə zəngin olan qidalar qəbul edin. Xüsusilə, B vitamini spirtli içkinin bədəndə yaratdığı təsirləri ortadan qaldırma gücünə sahibdir” - deyə dietoloq bildirib.

Yadda saxlamaq lazımdır ki, qəbul edilən 4 qədəh spirtli içki bədəndə 1 litr su itkisi deməkdir. Və bunun nəticəsində baş ağrısı və yorğunluq hiss edilir. Su itkisini təzə sıxılmış meyvə şirəsi içərək, aradan qaldıra bilərsiniz. Beləcə həm C vitamini almış olarsınız həm də, qan şəkərini yüksəldərək enerji səviyyənizi artırmış olarsınız. Eyni zamanda qaraciyər spirtli içkinin toksiki təsirindən təmizlənmiş olar.

Əgər həddən artıq içki içmisinizsə, isti bir duş qəbul etmək sizə zövq verə bilər. Və ya vanna qəbul edə bilərsiniz.

Bütün bunlarla yanaşı acı kofe, soyuq və aptekdən əczaçının təklif etdiyi dərmanlardan istifadə edə bilərsiniz.

“Ancaq bayramı sağlam, hiss edərək yaşamaq istəyirsinizsə, spirtli içkilərdən uzaq olun. Və ya çox az qəbul edin. Gözəl bir axşam yeməyindən sonra sabahı heç kim başğarısı, ürəkbulantısı ilə keçirmək istəməz” - deyə dietoloq əlavə edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »