Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Xəstəxanada uşağa necə müdaxilə ediblərsə, 3 gündür ağlamır, hərəkət etmir” – Xəstəxanadan açıqlama
“Xəstəxanada uşağa necə müdaxilə ediblərsə, 3 gündür ağlamır, hərəkət etmir” – Xəstəxanadan açıqlama

“Üç gündür “İnternational Medical Center 1” xəstəxanasında Azərbaycan Səhiyyəsi adına bütün rəzillikləri, özbaşınalıqları yaşayıram”.

Bu fikirləri Bizimyol.info-ya jurnalist Tural Ozan açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, adıçəkilən xəstəxana bütün valideynləri eyni ssenari ilə aldadır.

“Həyat yoldaşım Şənhəyat Məmmədzadə 21 dekabr tarixində “İnternational Medical Center 1” xəstəxanasında qeysəriyyə əməliyyatı vasitəsi ilə övladımızı dünyaya gətirib. Əməliyyat həkimi bizim tərəfimizdən gətirilib və əməliyyat çox uğurlu keçib. Hətta əməliyyatın canlı yayımı da var. Uşaq da əməliyyatdan çox normal çıxıb. Yəni, ağlayaraq, ciyəri normal vəziyyətdə və s. Əməliyyatdan sonra uşağı yuxarı aparıblar və iki saat sonra xəstəxana işçiləri gələrək anaya bildiriblər ki, uşağın ciyərində problem var, nəfəs almır. Bizdən minimum 2 min manat depozit tələb etdilər ki, uşağı küvəsə qoysunlar. Biz də təbii ki, razılaşdıq”.

Şikayətçi bildirir ki, iki gün ərzində müşahidə aparıb və məlum olub ki, bu, onlara qarşı qurulmuş bir oyundur.

“Çünki orada tək biz yox, bütün valideynlər eyni ssenari ilə aldadılırdı. Bunlar orqan mafiyası kimi bir şeydir.

Uşağın saturasiyası isə 97-98-dir. Uşağın anası da həkimdir, başqa həkimlərlə, hətta türk həkimlərlə də məsləhətləşmişik. Bizə deyirlər ki, uşağın ciyərindəki suyu çəkmək 2-3 saatlıq bir şeydir. Amma bu xəstəxana həmin suyu çəkmək əvəzinə uşağı aparata qoşdu. Bu yetmirmiş kimi bizə deyirdilər ki, “Mərkəzi Klinikadan həkimlər gətirəcəyik, bizim reanimasiya həkimlərimiz yoxdur”. Biz bununla da razılaşmışdıq. Amma sonradan bildik ki, elə Mərkəzi Klinikanın həkimləri burada da ikinci iş yeri olaraq işləyirlərmiş və əslində tək bizə görə gəlməyiblərmiş”.

Tural Ozanın sözlərinə görə, birinci gün səhər xəstəxanadan zəng edərək bildiriblər ki, “gəlin uşağı Mərkəzi Klinikaya aparaq. Çünki buradan çıxıb daha güclü aparata qoşulmalıdır”.

International Medical Centre1

“Tanıdığımız həkimlər isə bizə bunu məsləhət bilmədilər ki, 98 saturasiya ilə buna ehtiyac yoxdur. Xəstəxanaya getdim və etirazımı bildirdim və məlum oldu ki, onlar Mərkəzi Klinika ilə işbirliyindədirlər və istəyirlər ki, bizdən daha çox pul qoparsınlar. Mənim səs-küy salmağımdan sonra özləri də etiraf etdilər ki, uşağın vəziyyəti yaxşıdır, daha ağır aparatlara ehtiyac yoxdur.

Yüngül ciyər problemi olan uşağı, pnevmaniya diaqnozu qoyub daha da ağır hala salıblar. Qəsdən uşağın vəziyyətini ağır və qeyri-stabil saxlayırlar ki, reanimasiyada qalmaq günlərinin sayı çox olsun. Xəstəxanada uşağa necə müdaxilə ediblərsə, 3 gündür ağlamır, hərəkət etmir. Bilmirik nə ediblər, nəyin dozasını çox vurublar”.

Məsələ ilə bağlı “İnternational Medical Center 1” xəstəxanası ilə əlaqə saxladıq və qeydiyyat şöbəsi bizi xəstəxananın hüquqşunası Bəhram Quliyevlə əlaqələndirdi. Bəhram Quliyev isə Bizimyol.info-ya açıqlaması zamanı bildirdi ki,

Uşaqlarını müalicə edən həkimlərə, klinikaya göstərdikləri münaibət budur? İnsanların düşüncələri fərqlidir. Onlar uşağa pul xərcləməyi boşuna hesab edirlər.

Bəli, Mərkəzi Kliniya yönləndirmə edilə bilər. Çünki avadınlıq çatışmadıqda biz uşaqları ölümə tərk edə bilmərik və qabaqcadan belə bir məsləhət görürük ki, hazırlıqlı olsunlar. Hazırda uşaq xəstəxanamızdadır və müalicə alır. Müalicə tamamlandıqdan sonra evə göndəriləcək.

Ata uşağın hərəkət etməməsini, ağlamamasını necə bilir? Ata uşağı görməyib, çünki reanimasiya şöbəsinə daxil olmaq qadağandır. Bundan əlavə dünən həmin ailə burdaydı və bu şikaylə bağlı müraciət etməyiblər. Uşaq sağdır və müalicə alır. Uşaq vəfat etsəydi, biz onu gizlədə bilməzdik. Prokurorluğa və ailəyə xəbər verərdik.

Dekabrın 21-i klinikada 40-a yaxın uşaq doğulub. Biz bu qədər uşağın arasından sırf həmin ailəni seçib, uşağı ağırlaşdırmışıq? Gəlib uşağı götürsünlər və ekzpertizaya versinlər. Əgər uşaq həmin diaqnozla doğulmayıbsa, ağırlaşdırma klinika daxilində olubsa, bu zaman həmin şəxs istədiyi kimi hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Amma onların iddia etdiyi vəziyyət öz əksini tapmasa, mən hüquq-mühafizə orqanlarına müraciət edib, klinikanın işgüzar nüfuzunun alçaldılması barədə iddia qaldıracağam”.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »