Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Kifli, rəngi dəyişmiş məhsullardan istifadə etməyin"
"Kifli, rəngi dəyişmiş məhsullardan istifadə etməyin"

“Son zamanlar bazarlarda satılan fındıqda problemlər aşkarlanıb. “Azad istehlakçılar” Birliyi olaraq, böyük bazardan müxtəlif yerlərdən 100 ədədə yaxın fındıq toplayıb sındırdıq. Onlardan 30-nun aflatoksin göbələyi ilə zəhərlənmiş olduğunu müəyyən etdik”.

Bu barədə Bizimyol.info saytına “Azad istehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov məlumat verib. Onun sözlərinə görə, bu il faiz çox yüksəkdir. Hər il faiz 15-20 faizdən yuxarı olmurdu. Bu il quraqlıq olduğu üçün fındıqlarda böyük problemlər var.

Eyyub Hüseynov Eyyub Hüseynov

E.Hüseynov qeyd edib ki, fındığın aflatoksinə yoluxduğunu bilmək üçün fındığın ləpəsini ortadan sındırmaq lazımdır:

“Ləpənin ortasında düyü boyda boşluq var. Onun içərisi sarıdırsa, artıq o aflatoksin göbələyi ilə zəhərlənib. Belə fındığı qətiyyən yemək olmaz. Fındığı ağıza qoyduqda acılıq verirsə, mütləq geri qaytarmaq lazımdır. Biz buna görə çox narahatıq”.

Aflatoksin nədir?

Kənd təsərrüfatı mütəxəssisi Elnur Mahmudov Bizimyol.info saytına açıqlamasında bildirib ki, aflatoksin kif qaynaqlı zəhərli maddədir. Bu maddə daha çox yağlı toxumlar, qoz-fındıq və taxıl məhsullarına daha çox təsir edir. Aflatoksinlər, qaraciyər xərçənginə yol açan zəhərli maddələrdir.

“Aflatoksin, bədənə girdiyi zaman qaraciyər tərəfindən aflatoksikola çevrilir və bədəndən atılır. Aflatoksin uzun müddət qəbul edildiyi zaman xərçəngə səbəb olur. Aflatoksin daha çox torpaqla təmas edən məhsullarda olur. Adətən, fermerlər bacardıqları qədər çalışır ki, məhsullar aflatoksinə yoluxmasın. Bunun üçün istehsalçılarla maarifləndirmə işləri aparılmaldır. Məhsul toplanarkən, saxlanılarkən, daşınarkən diqqətli olmaq lazımdır” - deyən ekspert bildirib ki, qidalarda, taxıllarda, yemlərdə və bütün quru qidalarda rütubətin artması və istiliklə bağlı olaraq göbələklər meydana gəlir. Bu göbələklər, mikotoksin adlı zəhər ifraz edir. Bu toksinlər arasında ən təhlükəliis isə, aflatoksinlərdir.

Aflatoksinlər daha çox yer fıstığı, fındıq, qoz, qarğıdalı, pambıq toxumu, hindistam qozu kimi yağlı məhsullarla yanaşı, buğda, düyü, əncir, ədviyyat, süd, pendir, bibər kimi qidalarda ola bilər.

Aflatoksinlər, adətən qaraciyərə zərər verirlər. Mikotoksinlər xərçəngə səbəb olmaqla yanaşı, bir çox xəstəliklərin də yaranmasına yol açır.

Ekspert vurğulayıb ki, aflatoksinlərin təsirlərinin azaldılması üçün bəzi tədbirlər həyata keçirilməlidir. Qidalar quru və rütubətsiz yerdə saxlanılmalı, məhsul yaşdırsa qurudulmalıdır.

“Qırmızı pul bibər də fındıq kimi aflatoksinlə zəngindir. Buna görə də, pul bibər açıq şəkildə saxlanılmamalıdır. Soyuducuda saxlanılan bibərdə aflatoksin yarana bilməz.  Kifli, rəngi dəyişmiş məhsullardan istifadə etməyin. Unutmayın ki, qaraciyər xərçənginə səbəb olan aflatoksin eyni zamanda mədə, ağciyər xərçənginə də səbəb olur” - deyə ekspert bildirib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »