Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
5G internet nə deməkdir: "Əyləncəmizi, səhiyyəni, ticarəti - hər şeyi dəyişəcək"
5G internet nə deməkdir: "Əyləncəmizi, səhiyyəni, ticarəti - hər şeyi dəyişəcək"

5G mobil telefonların istifadə etdiyi mobil şəbəkələrdə olan texnoloji strukturun yeni qaydalar ilə yenidən konfiqurasiya edilməsidir. Bu çərçivə daxilində radio dalğalar, prosessorlar və antenaları istifadə etmə qaydalarında edilən dəyişikliklər və əhatə yüksəldici yeni əlavələrdən söhbət gedir.

1970-ci ildən bu günə qədər müxtəlif şirkətlərin mühəndisləri mobil şəbəkələrin konfiqurasiya edilməsi üçün standartlar üzərində çalışır və infrastruktur nöqtəsində əməkdaşlıq daxilində hərəkət edirlər. Ünsiyyət cihazları da bu infrastruktur standartlarına uyğun şəkildə istehsal edilir. 5G bu infrastrukturun 5 dəfə dəyişdirilməsi mənasını verir. Əlbəttə ki, bu infrastruktur dəyişdiyi zaman istifadəçilər yeni cihazlar almalı olur.

Mütəxəssislərin fikrincə, 5G olduqca sürətli bir strukturdur. Məsələn; Qualcomm şirkəti apardığı analizlərlə müəyyən edib ki, saniyədə 4,5 gigabit sürəti əldə edə bilib. Yəni sürətin saniyədə 1,4 gigabit olması o deməkdi ki, bu hazırda istifadə etdiyimiz 4G-dən 20 dəfə sürətli olan bir texnologiyadır.

İT mütəxəssisi Emil Əliyevin sözlərinə görə, bu sürətlə böyük bir filmi 15 saniyədə yükləmək mümkün olacaq. Belə ki, 4 və ya 5 gigabit sürəti əldə edə bilsək indikindən 100 dəfə sürətli bir əlaqə vasitəsinə sahib olmuş olacağıq.

“Bu halda internet saytların yüklənməsi zamanı müşahidə edilən gecikmələr olmayacaq. Cihazlar da yüngülləşəcək. Virtual reallıq həyatın bir parçasına çevriləcək. Yəni 5G əyləncəmizi, işimizə olan marağı, səhiyyəni, ticarəti - hər şeyi dəyişəcək”.

5G-nin tətbiq edilməsi üçün öncə buna uyğun cihazlar istehsal edilməlidir. Hələ ki, bu sahədə böyük işlər görmüş firmalar yoxdur. Yəni, hələ adı gözümüzü qorxudan 5G texnologiyasının nə zaman tətbiq ediləcəyi bəlli deyil. 5G texnologiyasının tətbiq edilməsi üçün yüzminlərlə antena və stansiyalar qurulmalıdır. Bunun isə, sağlamlıq üzərində böyük mənfi təsirləri ola bilər. İnsanlar bundan çox böyük narahatlıq keçirir. Buna görə də, bu gün bir çox müəssisələr 5G radiasiya şualarından qoruyacağı deyilən vasitələr satırlar. Bunlar arasında yuxu maskaları, bilərziklər və s. vasitələr var. Bu günlərdə Niderland Nüvə Təhlükəsizlik və Radiasiya İdarəsi, insanları 5G-dən qorumaq üçün tanıdılan və reklam edilən vasitələrin istifadəçiləri radiasiyaya məruz qoyduğunu açıqlayıb.

Belə ki, təşkilatın apardığı araşdırmaya görə, yuxu maskası, bilərzik, bandlar və boyunbağıların içində radioaktiv maddələr var və bu məhsullar inonlaşdırıcı radiasiya yayır. Siyahısı hazırlanmış vasitələrdən birinin də uşaqların taxması üçün hazırlandığı qeyd edilib. Bildirilib ki, ionlaşdırıcı radiasiayaya məruz qalmaq sağlamlığa böyük zərər vura bilər.

“Sağlamlığı risk altına aldığı üçün radioaktiv maddələri özündə cəmləşdirən vasitələr qanunla qadağan edilib. İonlaşdırılmış radiasiya toxuma və DNT molekuluna zərər verə bilər və məsələn dərinin qırmızılaşmasına səbəb ola bilər” - deyə açıqlamada bildirilib. Qurum hər hansı problem yaşanmaması üçün belə məhsullardan istifadə edənləri onlardan imtina etməyə çağırıb.

Daha əvvəl isə, Aviasiya sektoru səlahiyyətliləri və Federal Aviasiya İdarəsi 5G-nin radio hündürlük ölçən kimi təyyarələrdə olan həssas elektron alətlərə mənfi təsirlərinin olduğunu qeyd etmişdi.

Tərcümə: İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »