Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirus tələbə qızda beyin pozğunluğu yaratdıb - İddia
Koronavirus tələbə qızda beyin pozğunluğu yaratdıb - İddia

Rusiyanın Ural vilayətində 22 yaşlı tələbə "SARS-CoV-2"yə yoluxub və psixiatriya xəstəxanasına yerləşdirilib.

Bizimyol.info xəbər verir ki, bu barədə "e1.ru" nəşri qızın anasına istinadən məlumat verir.

“Mariya (ada şərtidir) qəflətən başa düşülməyən şeylər danışmağa başladı: dünyada nəyinsə səhv olduğunu, dünyanın sonu gəldiyini, hər yerdə müharibələrin getdiyini deyirdi”, - deyə anası bildirib.

Daha sonra Mariya psixiatra aparılıb və onlar qıza şizofreniya diaqnozu qoyaraq xəstəxanaya yerləşdiriblər. Bir neçə gün sonra xəstənin hərarəti yüksəlib - PCR testi onun "COVID-19" olduğunu göstərib. Bu zaman onu başqa - infeksiya xəstəxanasına göndəriblər. Mariya infeksiyaya asanlıqla qalib gəlib, amma psixi pozğunluğu daha da artıb.

“Həkim onu ​​nə üçün müalicə edirdi, bilmirəm. Ancaq daim ona yeni həblər verilirdi, bu da kömək etmədi və getdikcə ruhi vəziyyəti pisləşdi", - deyə ana qızının vəziyyətini təsvir edir.

İki ay sonra ananın səyi ilə tələbə başqa xəstəxanaya köçürülüb və ona effektiv müalicə olunub. Qız indi bütün həyatı boyu həb qəbul etməli olacaq. Marianın anası qəfil şizofreniyanın səbəbinin koronavirus infeksiyası olduğunu iddia edir. O, ailəsində heç kimin peyvənd olunmadığını etiraf edib.

Qeyd edək ki, Moskvanın 52 saylı xəstəxanasının baş həkimi Maryana Lısenko bildirib ki, "COVID-19"a yoluxanların bəzilərində sonsuzluq və ya tamamilə keçəlləşmə olduğu müşahidə edilib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »