Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünya texnologiya tarixinin ilk SMS-i hərraca çıxarılır
Dünya texnologiya tarixinin ilk SMS-i hərraca çıxarılır

Son zamanlar çox populyarlaşan və xeyli qiymətə alıcı tapan NFT-lərə yenisi əlavə edilib. Belə ki, dünyanın ilk mətn mesajının rəqəmsal nüsxəsinin NFT olaraq satılacağı açıqlanıb və onun 130 min ABŞ dollarından yüksək qiymətə satılacağı gözlənilir.

Məlumatda bildirilir ki, dünyada ilk SMS 22 yaşlı ingilis proqramçı Neil Papworth tərəfindən 3 dekabr 1992-ci ildə həmkarı Riçard Jarvisə göndərilib və "Merry Christmas" yazılıb. İndi, təxminən 30 il sonra, bu SMS NFT kimi yenidən yaradılıb və Parisdə hərraca çıxarılıb.

Qeyd edək ki, mesajın sahibi ingilis proqramçı Neil Papworth “Vodafone” üçün qısa mesaj xidməti yaratmaq üçün tərtibatçı və sınaq mühəndisi kimi işləyib, Jarvis Orbitel isə o zaman şirkətdə rəhbər vəzifədə çalışıb. Bir sözlə bu iki şəxs sayəsində müasir mesajlaşma istiqamətində ilk addım atılıb.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »