Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bill Gates Metaverse açıqlaması gündəmə olub
Bill Gates Metaverse açıqlaması gündəmə olub

Hətta "Facebook" şirkətinin də adını "Meta" olaraq dəyişdirdiyi bir dünyada, əlbəttə ki, "Microsoft" bir yerdə dayana bilməzdi.

Bizimyol.info xəbər verir ki, "cnnturk" verdiyi məlumata görə, "Metaverse" sektorunda da olacaqlarını deyən Bill Qeyts bəzi optimist proqnozlar verdi. Onun sözlərinə görə, 2021-ci il onun indiyə qədər yaşadığı ən çətin illərdən biri olub. Ancaq 2022-ci ildə hər şey normala dönməyəcək.

"Metaverse" kimi layihələrin tamamilə yeni bir həyat təqdim etdiyini unutmaq olmaz. Bill Qeytsin verdiyi açıqlamalara nəzər saldıqda onun daha çox biznes yönümlü düşündüyünü görürük. O, artıq "Metaverse" virtual aləmində müxtəlif görüşlərin keçiriləcəyini düşünür. "Meta"bənzər texnologiya şirkətləri bu cür inkişaflar sayəsində daha da böyüyə bilər. Pandemiya ilə əlaqədar iş yerində köklü dəyişikliklər olacağını ifadə edən Bill Qeyts, "Microsoft" brendinin də bunu yaşayacağını bildirib. Üç ölçülü avatarlar vasitəsilə həmkarları ilə ünsiyyət çoxları üçün cazibədar ola bilər. Bütün günü ofisdə keçirmək əvəzinə evdən öz avatarınızla görüşə qatılmaq pis fikir deyil. Bill Qeytsin bəyanatı son dərəcə müsbətdir. Yaxın günlərdə "Microsoft" öz "Metaverse" layihələrini elan edə bilər. Beləliklə, "Meta" şirkətinin ən böyük rəqibi müəyyənləşəcək.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »