Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putindən inək istəyən uşaq arzusuna çatıb
Putindən inək istəyən uşaq arzusuna çatıb

Rusiyanın ərazisinə daxil olan Yakutiya respublikasının Arılax kəndində yaşayan 13 yaşlı uşaq inək əldə etmək üçün maraqlı üsula əl atıb.

O, prezident Vladimir Putindən ev heyvanı istəmək qərarına gəlib. Yeniyetmə dövlət başçısının birbaşa yayımına qoşulmağa cəhd edib. Putinlə danışmaq mümkün olmayıb. Buna baxmayaraq, kənd sakini arzusuna çatıb.

Bizimyol.info xəbər verir ki, Putinin birbaşa yayımda suallara cavab verməsindən sonra redaksiya heyətinə daxil olmuş bütün zənglər araşdırılıb. Bu zaman yakutiyalı yeniyetmənin hələ bir neçə ay əvvəl prezidentdən inək istəməsi yada düşüb. Respublikanın Kənd Təsərrüfatı Nazirliyindən uşağın ailəsi ilə əlaqə saxlayıblar. Əvvəlcə onlara “Aqrostartap” layihəsi çərçivəsində qrant almaq üçün müraciət etməyi məsləhət görüblər. Sonradan məsələ Kreml səviyyəsində həllini tapıb. Ailəyə heç bir əziyyət çəkmədən ev heyvanı verilib.

Məktəbli inəyinə dərhal ad fikirləşib. Bundan sonra Putinin hədiyyəsi “Keskileene” adlanacaq.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »