Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sürətlə yayılan "qaş proseduru" nədir və Bakıda neçəyə başa gəlir...
Sürətlə yayılan "qaş proseduru" nədir və Bakıda neçəyə başa gəlir...

Gözəlliyinə diqqət edən bütün qadınlar üçün qaşlar önəmlidir. Çünki qaşlar, üzümüzdəki ifadəni müəyyən edir. Daha təsirli baxışlar üçün qaşların üzümüzə uyğun olaraq forma verilməsini və bunun uzun müddət qalmasını istəyərik.

Qaşlar səhv formada alındığı, təmizləndiyi zaman vaxt keçdikcə seyrəlir. Bəs bu zaman nə etmək lazımdır? Bu problemi yaşayan qadınlar, təbii tük texnikası - Mikrobladinq proseduruna üstünlük verirlər. Bu üsul, uzun müddət qaşlarımızın gözəl görünməsini təmin edir.

Kosmetoloq Səadət Mustafayevanın sözlərinə görə, bu prosedur qaşların arasındakı və ətrafındakı boşluqlara qalıcı makiyaj boyası ilə tük effekti çəkməkdən ibarətdir. Yəni prosedur zamanı, qaşlarda olan tüklərin yanına qaşlarınızla eyni rəngdə və eyni istiqamətdə tüklər çəkilir. Qalıcı boyalardan istifadə edildiyi üçün qaşlarınız uzun müddət cazibəli görünür. Dərinin səthinə çəkilən bu tük effekti, qarşıdan baxan şəxslər tərəfindən müəyyən edilmir.

“Prosedurdan öncə üz tipinə uyğun qaş çəkilir. Bu, çox həsaas bir prosesdir. İşə başlayan zaman edilən bir səhv uzun müddət qaşlarınızın səliqəsiz olması ilə nəticələnə bilər. Buna görə də, dizayn çox önəmlidir. İkinci proses isə, rəng seçimidir. Mütləq qaşlarınıza eyni rəng seçilməlidir. Orijinal qalıcı makiyaj boyaları çox bahalı olduğu üçün 3-5 rəngi qarışdıraraq istənilən rəngi əldə etmək mümkündür. Ancaq qaşınız üçün rəngi kataloqdan seçməyiniz daha vacibdir. Qaşlarınıza uyğun rəng seçdiyiniz zaman uzun müddət bu qaşlar göz oxşayacaq. Mikroblading prosedurunun sonuncu mərhələsi isə qaşları çəkməkdir. Qaş çəkildiyi zaman diqqətli olmaq, qaşın tükləri istiqamətində çəkmək lazımdır. Prosedurdan 8 gün sonra qaşların üzərində olan yara təmizlənir və qaş gözəl görünüşü ilə göz oxşayır”.

Mikrobladinq prosesinin qiymətinə gəldikdə isə bu, ustalar tərəfindən tənzimlənir. Proseduru 80 manata da edən var, 150 manata da. Qiymət fərqliliyi proseduru həyata keçirən şəxs və yerdən asılı olaraq dəyişir.

Dəri mütəmadi olaraq özünü yeniləyir və yad cisimləri özündən kənarlaşdırır. Dərinin altına yeridilən botoks maddələr zamanla yox olduğu kimi, qalıcı makiyaj boyaları da vaxt keçdikdə solur. Su, günəş şüaları, şampun, sabun və s. təsirlərdən də boya zamanla solur. Normal vəziyyətdə qaşlar bir il müddətində gözəl görünür.

“Bu müddətə təsir edən digər faktor isə dərinin tipidir. Quru dəridə prosesin qalma müddəti yağlı dəri ilə müqayisədə daha çox olur. Əgər dəriniz yağlıdırsa, mikrobladinlə yanaşı ten effekti də tövsiyyə edilir”,- deyə kosmetoloq bildirib.

Mikrobladinqin mövsümü yoxdur, yəni nə zaman istəsəniz, bu prosedura müraciət edə bilərsiniz. Ən əhəmiyyətlisi, prosedurdan sonra 2-3 gün qaşlara su vurulmamasıdır.

Mikrobladinq rəngini dəyişirmi?

Bəzən prosedurdan sonra qaşların rəngi boz və ya narıncıya dönür. Belə bir rəng dəyişimini heç kim arzulamır. Rəngin tonunun dəyişməsinin əsas səbəbi, dərinin alt tonunun rəngidir. Buna görə də, işini bilən mütəxəssisə müraciət edin ki, sonra problem yaşamayasınız.

Kosmetoloq mikrobladinqin silinməsinin çətin olmadığını deyir. Onun sözlərinə görə, bir neçə seansa qaşları tamamilə silmək mümkündür.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »