Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müxalifət Tbilisinin mərkəzindəki əsas yollardan birini bağlayıb - Video
Müxalifət Tbilisinin mərkəzindəki əsas yollardan birini bağlayıb - Video

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin tərəfdarları şəhərin mərkəzi nəqliyyat arteriyalarından birinin - Tbilisinin mərkəzində Sülh körpüsünün yaxınlığındakı sağ sahilin yolunu bağlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "sputnik-georgia" hadisə yerindən məlumat verib verir.

Metronun Avlabari stansiyasına toplaşan etirazçılar sağ sahilə doğru irəliləyiblər. Fəallar “Mişa, Mişa” deyə səslənərək, “Mişaya azadlıq!” şüarları səsləndiriblər.

Hadisə yerinə polis, Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları və su şırnaqları səfərbər edilib. Hadisə yerində patrul polisinin rəisi Vaja Siradze nəzarət edir.

Qeyd edək ki, Noyabrın 8-də müxalifət Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin mülki klinikaya köçürülməsi, azadlığa buraxılması və növbədənkənar parlament seçkilərinin təyin edilməsi tələbi ilə etiraz hərəkatının başladığını elan edib. Müxtəlif hökumət idarələri qarşısında gündəlik etiraz aksiyaları keçirib.

Saakaşvili gizli şəkildə Gürcüstan sərhədini keçib və 2021-ci il oktyabrın 1-də həbs edilib.

Eks-prezident ona qarşı irəli sürülən bütün ittihamları saxta, özünü isə siyasi məhbus hesab edir. Mixail Saakaşvili etiraz əlaməti olaraq 44 gündür davam edən aclıq aksiyasına başlayıb. Onu dəstəkləyən bir sıra siyasətçilər və ictimai xadimlər də aclıq aksiyasına başladıqlarını bəyan ediblər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »