Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bölgələrdəki şəhid övladları Bakı turuna çıxdı - Video
Bölgələrdəki şəhid övladları Bakı turuna çıxdı - Video

“Xarıbülbül Fidanları” bu dəfə bölgələrdə yaşayan şəhid övladlarına diqqət göstərmək üçün "Bakı sizi səsləyir" layihəsini həyata keçirib. Masallı - Cəlilabad - Salyan bölgələrindən qatılan şəhid ailələrinin Bakıda 2 günlük turu, 2-ci Fəxri Xiyabana, General Polad Həşimovun məzarına ziyarət ilə başlayıb. Fəxri Xiyabanı ziyarət zamanı şəhid övladları şeirlər sələndiriblər, şəhidlərin ruhlarına dualar ediblər. Daha sonra isə onlar Bakının gəzməli-görməli yerlərinə aparılıb.

Lahiyənin təşkilatçısı Nərgiz Süleymanlı Bizimyol.info saytına açıqlaması zamanı bildirib ki, funikulyora ilkdə dəfə minən uşaqların sevincləri görülməyə dəyərdi.

“Şeytan çarxı (və ya Baku eye) ilə Şəhərin mənzərəsini seyr etdilər, Zəfər yarmarkasına enərək Zəfər tarixini yazanların anaları və övladları böyük həvəslə əsgərlərə məktub yazdılar.

Layihədə digər məqsəd uşaqların psixoloji diaqnostikasının təşkili, emosional sferalarının normallaşdırılması idi. Analar, övladlarının yaş xüsusiyyətləri barədə məlumatlandırıldılar.

Turun ən maraqlı hissəsindən biri də Bakı Zooloji Parkına və Suraxanı Gəmi muzeyinə səfər oldu. Sonda əyləncəli axşam yeməyi ilə uşaqlar evlərinə yola düşdülər”.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »