Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Narın insan orqanizminə faydaları
Narın insan orqanizminə faydaları

Nar payız və qış fəslnin ən sevilən meyvələrindən hesab edilir. Nar ləzzətli olmaqla yanaşı, zəngin antioksidan tərkbə malikdir. Narın tərkibində lif, protein, vitamin C, vitamin K, potasium, folat və s. vitamin və minerallar var. Payız və qış fəsillərində nar yemək, müxtəlif xəstəliklərdən də qoruyur.

Mütəxəssislərə görə, hər bir sağlam şəxs gün ərzində 25-35 qram lif qəbul etməlidir. Lif, həzm sistemində yaranan qəbizlik problemini aradan qaldırmaqla yanaşı, çəkinin normal qalmasına da yardım edir. Yəni, lif qəbul edən şəxslər kökəlmir. 100 qram narın tərkibində 4 qram lif var. Arıqlamağı hədəfləyən şəxslər gün ərzində 100 qram nar yeyə bilər.

Nar immun sistemi gücləndirir. Tərkibində olan C, E, K vitaminləri ilə yanaşı kalsium, potasium, maqnezium və s. minerallar immun sistemi dəstəkləyərək xəstəliklərə qarşı müqavimət yaradır.

Nar dəri üçün də əhəmiyyətli rola malikdir. Belə ki, hər gün kifayət qədər vitamin C qəbul etmək dəri üçün vacibdir. Narın tərkibində olan C vitamini, dəridə kollage sintezini oyandırır, bunun sayəsində dəridə elastiklik yaranır. Elastik dəridə isə qırışlar gec yaranır və dəri canlı görüntüyə sahib olur.

Nar xərçəng riskini azaldır. Nara qırmızı rəng verən polifenollar antioksidan xüsusiyyətə malikdir. Orqanizmdə yaranan sərbəst radikallar, bəzi qida qaynaqlarından gələn antioksidanlar tərəfindən neytrallaşdırılmasa DNK və protein kimi bioloji maddələrə zərər verə bilər.

Narın suyu da, qabığı da faydalıdır. Yüksək antioksidan tərkibə malik olan nar, bədəndəki bioloji maddələri oksidativ zərərlərdən qoruyur. Xərçəng yaranma riskinin qarşısını alır.

Nar, ürək-damar xəstəlikləri zamanı da faydalıdır. Nar suyu, bədəndə bədxassəli xolestrol səviyyəsini azalda biləcəyi haqda araşdırmalar var. Bununla yanaşı, nar suyu bədəndə su səviyyəsini tənzimləyir və qan təzyiqini aşağı salır. Narın dənələrində olan yağlar, ürək qoruyucu təsirə malikdir. Narın qabığı da dənələri qədər polifenollarla zəngindir.

Nar, diş ətlərini də qoruyur. Orqanizmdə C vitamini çatışmazlığı zamanı diş əti problemləri yaşanır. C vitamini bu toxumada yer alan bağların inkişafı üçün vacibdir. Yetərli qədər C vitamini qəbul etmək, diş əti toxumasının sağlam qalmasına yardım edir. Narın da tərkbində C vtamini olduğu üçün bu diş ətləri üçün də faydalı hesab edilir.

Narın qabığını çay kimi dəməyib içmək də sağlamlıq üçün faydalıdır. Ancaq bu çay, sadəcə həkim məsləhəti ilə təyin edilir.

İlahin, Bizimyol.info

Paylaş »
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
Son xəbərlər