Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Oğrunun deportasiya edildiyi balaca dövlət
Oğrunun deportasiya edildiyi balaca dövlət

Danimarkanın paytaxtı Kopenhagenin lap mərkəzində öz qanunları ilə idarə olunan qəsəbə var. Xristianiya adlanan virtual dövlətdə yalnız iki şey qadağan olunub: foto çəkmək və qaçmaq.

Bizimyol.info xəbər verir ki, Xristianiyanın əsasının 1971-ci ildə qoyulduğunu demək olar. Hippilərin qışlaq yeri tezliklə daimi yaşayış məskəninə çevrildi. İndi burada təxminən 880 nəfər daimi yaşayır.

Xristianiyaya yalnız bir qapı var. Qəsəbəyə böyük ölçüdə Danimarka Krallığı nəzarət etmir. Polis də əvvəlki qədər Xristianiyanın həyatına müdaxilə etmir. Hərçənd, ötən əsrin 70-ci illərində burada hakimiyyəti ələ almaq cəhdləri çox olub. Polis dəfələrlə yerli adamların müqavimətini qırmağa çalışır.

Qəsəbənin girişindəki lövhədə “bu an Avropa Birliyinin sərhədlərinə əlvida deyirsiniz” yazılıb. Xristianiya Danimarkanın qanunlarına riayət etmir. Hərçənd, ölkədə işlək pul Danimarka kronudur. Xristianiya “lyön”ü dövriyyəyə buraxsa da, bu daha çox kolleksiyaçıların işinə yarayır. Ticarət yalnız kronla aparılır.

Xristianiya həm də cinayət aləminin toplaşdığı qəsəbə kimi tanınır. Burada narkotik alverçiləri də çox fəaldır. Hərçənd, qəsəbədə cinayətlərin ümumi göstəricisi Kopenhagenlə bağlı təqdim edilən rəsmi rəqəmlərdən yüksək deyil. Əksinə, oğurluq çox pis qiymətləndirilir. Həmin şəxsi virtual dövlətdən Kopenhagenə qova bilərlər.

Virtual dövlətdə daha çox sosializm istiqaməti seçilib. Amma qəsəbə sakinləri özünü sosialist adlandırmır. Ətraf mühitin təmizliyinə xüsusi fikir verilir. Havaya zərərli qazlar buraxan avtomobillərin küçəyə çıxmasına imkan verilmir.

Xristianiyanın binalarını qraffitilər bəzəyir. Dünyanın müxtəlif yerlərindən gələn istedadlı rəssamlar divarlara xüsusi naxışlar vurur. Gündüzlər Xristianiya sakinləri işləməyə üstünlük verir. Onlar heç də məsuliyyətsiz deyillər. Amma gecələr əyləncə vaxtıdır. Bütün qəsəbəni musiqi sədaları bürüyür.

Xristianiya sakinləri vergi ödəmir. Onların xoşbəxt yaşadığını demək olar. Bircə kənardan gələn rahatlığı pozmasın. Fotoqraf çəkməyə və qaçmağa da buna görə isti yanaşmırlar.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »