Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan oktyabrın 26-da Azərbaycana səfər edəcək
Ərdoğan oktyabrın 26-da Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  oktyabrın 26-da Azərbaycana səfərə gələcək.

Bizimyol.info xəbər verir ki, bu barədə "haberglobal" Türkiyə Prezident Administrasiyasına istinadən məlumat yayıb.

Bildirilib ki, Prezident Ərdoğan Qarabağ ərazisində inşa olunan ilk hava limanı Füzuli Beynəlxalq Hava Limanının oktyabrın 26-da baş tutacaq açılış mərasiminə qatılacaq.

Qeyd edək ki, bünövrəsi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yanvarın 14-də qoyulan Füzuli Hava Limanı ən yüksək beynəlxalq standartlara uyğun olaraq  8 ayda inşa edilib.

Hava limanının uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni isə 60 metrdir. Bu şəkildə Boeing 747 kimi geniş gövdəli təyyarələr asanlıqla yerə enə və havaya qalxa biləcək.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »