Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hikmət Hacıyev: "Suqovuşan və Talış böyük strateji əhəmiyyət daşıyır"
Hikmət Hacıyev: "Suqovuşan və Talış böyük strateji əhəmiyyət daşıyır"

"Diplomatik korpus nümayəndələrinin işğaldan azad olunmuş ərazilərə yeddinci səfəridir".

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun Suqovuşan və Talışa səfəri ilə bağlı deyib.

Onun sözlərinə görə, bu ərazilər Azərbaycan üçün böyük strateji əhəmiyyət daşıyır.

H.Hacıyev bildirib ki, bu cür səfərlərin məqsədi həm ermənilərin törətdiyi genişmiqyaslı dağıntıları göstərmək, həm də xarici diplimatları sürətlə gedən yenidənqurma işləri ilə yanış etməkdir: "Post münaqişədən sonra yenidənqurma, bərpa, rekonstruksiya sürətlə həyata keçirilir. Bu, unikaldır".

Prezidentin köməkçisi qeyd edib ki, adətən digər dövlətlər münaqişədən çıxan ölkələrə kömək etsə də, Azərbaycan bu işi özü təkbaşına görür və bunu sürətlə hərtərəfli şəkildə həyata keçirir.

O deyib ki, bu ərazilərdə Azərbaycan vətəndaşlarına məxsus əmlak dağıdılıb: "Əsas məqsədimiz bu ərazilərdə həyatı bərpa etmək və vətəndaşların öz evlərinə geri qayıtmasıdır".

H.Hacıyevin sözlərinə görə, 44 günlük Vətən müharibəsi dövründə də diplomatların Tərtərə səfərləri olub: "Mən bunun üçün təşəkkür edirəm, bu, Azərbaycan xalqı ilə həmrəylik nümunəsi idi".(apa)

Paylaş »
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› "Görüntünü mühakimə etdikdə mahiyyət kənarda qalır"
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
Son xəbərlər