Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə Gürcüstan vasitəsilə Avropaya mal ixrac edəcək
Türkiyə Gürcüstan vasitəsilə Avropaya mal ixrac edəcək

Türkiyə Gürcüstan vasitəsilə Avropa İttifaqı ölkələrinə mal ixrac etmək hüququ əldə edib.

"Report" xəbər verir ki, bu barədə Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Avropa İttifaqı, Gürcüstan və Türkiyə arasında sərbəst ticarət rejimi ixrac məhsullarının çeşidini əhəmiyyətli dərəcədə artıracaq. Xüsusilə, bu, tekstil, mebel, tikinti materialları, plastik, polad məmulatları, kağıza aiddir. Əlavə olaraq bu razılaşma Türkiyədən investisiyanı təşviq edəcək, müştərək şirkətlərin qurulmasını və yeni iş yerlərinin açılmasını sürətləndirəcək", - açıqlamada deyilir.

Nazirlik yeni müqavilənin kənd təsərrüfatı məhsullarına şamil edilməyəcəyini bildirib.

Qeyd edək ki, Gürcüstan, Türkiyə və Avropa İttifaqı 2017-ci ildən bəri bu razılaşma üzərində işləyir.

Türkiyə Gürcüstanın əsas ticarət tərəfdaşıdır. 2021-ci ilin yanvar-avqust aylarında ölkələr arasında ticarət dövriyyəsi 1,2 milyard ABŞ dollarını keçib və bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 32,5% çoxdur.

Paylaş »
››› Ulduz  falı: 04 dekabr, 2021-ci il – Vəziyyətə real baxmaq uğurun açarıdır
››› "Məcburi köçkünlər dünyada bənzəri olmayan ağıllı kəndlərə köçürüləcək"
››› Sinifə girən bəbir 10 yaşlı şagirdə hücum edib - Video
››› Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub
››› Bağçalar uşaqların sağlamlığını təhlükəyə atır
››› Bayram gəlmədən qiymətlər artır... və bir daha enməyəcək - Yeni ilə doğru
››› “Yeni il” yolkası bəzəmək neçəyə başa gəlir - Qiymətlər
Son xəbərlər
Bütün xəbərlər »