Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Squid Game” məktəbləri təşvişə salıb
“Squid Game” məktəbləri təşvişə salıb

“Squid Game” serialının populyarlığı getdikcə artır. Dünyada bu ekran nümunəsini 111 milyondan çox insanın izlədiyi bildirilir. Tendensiya müəyyən mənada narahatlıq yaradır. Çünki serialda uduzanlar bir-birinin ardınca öldürülür. Almaniya mətbuatı bunun məktəblərdə təşviş yaratdığını yazır.

Bizimyol.info xəbər verir ki, Belçika orta təhsil müəssisələrində şagirdlər həyətdə “kalmar oyunu”nun özünəməxsus formasını həyata keçirmək istəyib. Müəllimlər ciddi narahatlıq keçirib, prosesə müdaxilə ediblər. Onlar serialın yaxşı mesajlar vermədiyinə əmindir. Düşünürlər ki, uşaqlar arasında zorakılıq arta bilər.

“Squid Game” insanın böhran vəziyyətlərində necə davranmasından bəhs edir. Burada böyük borcları olan adamlar təxminən 40 milyon dollar mükafat üçün ölüm-dirim mübarizəsi aparır. Sonda yalnız bir nəfər qalib gəlir. Qalanları öldürülməlidir. Ssenari yeniyetmələrin serialdan uzaq dayanmalı olmasından xəbər verir. Buna görə də Almaniyada 16 yaşına qədər uşaqlara bu ekran nümunəsinə baxmaq tövsiyə olunmur.

Belçika məktəblərində serial haqda çox pis fikirdədirlər. Çünki uşaqlar “kalmar oyunu”nun təsiri altına düşüblər. Onlar hər cür travma ala bilərlər. Fransa ilə sərhəddə yerləşən Erkelinesdəki məktəblərin birində şagirdlər bütün günü oyunu müzakirə edir, bəzi səhnələri “oynayırlar”. Rəhbərlik dərhak həyəcan təbili çalıb. Oyunda iştirak etmiş bütün şagirdlərin valideynləri məktəbə çağırılıb. “Kalmar oyunu”na son vermək tələb olunub. Əks halda ciddi cəza mexanizminin təbiq olunacağı bildirilib.

Narahatlıq Avropanın başqa ölkələrində də var. Londonda məktəb rəhbərliyi bütün valideynlərə məktub göndərməli olub. Hamıya xəbərdarlıq olunub ki, uşaqların seriala baxmasına imkan verilməsin. Burada da cəza ehtimalından danışılıb.

Kent məktəblərinin birində hətta zorakılıq əleyhinə dərs keçməyə başlayıblar. Çünki uşaqların “kalmar oyunu”nun təsirində olduğu hiss edilib.

“Squid Game” sosial şəbəkələrin Azərbaycan seqmentində də çox müzakirə olunur. Serialın ölkədə populyarlığı az deyil. Şagirdlərin serialdan nə qədər xəbərdar olmasını demək çətindir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »