Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
30 il qaçaq həyatı yaşayan koronavirus səbəbindən polisə təslim olub
30 il qaçaq həyatı yaşayan koronavirus səbəbindən polisə təslim olub

Avstraliyada 30 il əvvəl həbsxanadan qaçan Darko Desik adlı cinayətkar könüllü olaraq polisə təslim oldu.

Bizimyol.info xəbər verir ki, bu barədə lenta.ru "ABC Australia" telekanalına istinadən məlumat verib.

Marixuana yetişdirməkdə təqsirli bilinərək 3.6 il cəza alan Desik 13 ay həbsdə qaldıqdan sonra, 1 avqust 1992 -ci ildə həbsxanadan qaçıb. Uzun illərdir ki, polisin onu axtarmasına baxmayaraq o, Sidneyin şimal sahilindəki Avalon Beach şəhərində inşaatda nağd maaş alaraq işləyə bilib.

Desik çətinliklə olsa da bu gəlrlə yaşaya və ev kirayəsini ödəyə bilib. Amma koronavirus pandemiyası başlayandan sonra onun vəziyyəti çətinləşib. İşini itirən və kirayə pulunu verə bilməyən qaçaq evi tərk etmək məburiyyətində qalıb. O, bir müddət dəniz sahilində yaşamalı olub. Tüfeyli həyatından bezən 64 yaşlı Desik sentyabrın 12-də polis bölməsinə gedərək təslim olub.

O, həbsdən qaçmaqda ittiham olunur həbs olunub. Sentyabrın 14-də keçirilən məhkəmə prosesində o zaminə buraxılmadı. Növbəti proses ayın sonuna planlaşdırılır.dayandırmağa çalışmadılar.

Son xəbərlər
Bütün xəbərlər »