Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Neçə gün geyiniləcəyi məlum olmayan məktəbli formalarının qiyməti
Neçə gün geyiniləcəyi məlum olmayan məktəbli formalarının qiyməti

Yeni tədris ilinin başlanmasına çox az qalıb. Lakin hələ də dərslərin əyani və ya online keçiriləcəyi məlum deyil. Bu da valideynləri və uşaqları çaş-baş vəziyyətə salıb. Çünki dərslər online olarsa, valideynlər bir cür hazırlıq görməlidir, əyani olarsa, başqa cür.

Hətta valideynlər düşünürlər ki, məktəblərin açılması sırf formaların, məktəbli ləvazimatlarının satılması üçün hesablanıb və bir müddət sonra yenidən online təhsilə keçid olunacaq. Valideynlərin sözlərinə görə, bəzi məktəblərdə 1-ci sinif şagirdləri üçün nəzərdə tutulmuş məktəbli formalarının qiymətləri 45 manatdır.

Məktəb müəllimləri isə gah övladını valideynlərin covid pasportu olması tələbini irəli sürürlər, gah da valideynləri forma almağa, məktəb alış-verişi etməyə tələsməməyə çağırırlar. Görünür məktəb daxilində də hələki hər şey sual altındadır və məktəb nümayəndələri də dəqiq bir söz deməkdən çəkinirlər.

Adam heç təsəvvür etmək istəmir ki, dərslər başlamasına bir-iki gün qalmış açıqlama edilən zaman bazarların, alış-veriş mərkəzlərinin, forma satılan mağazaların vəziyyəti necə olacaq? Təbii ki, basabası görüb bu vəziyyətdən istifadə edəcək işbazların da sayı az olmayacaq, qiymətlər daha da yüksələcək. Valideynlər, övladının neçə gün geyinib məktəbə gedə biləcəyini bilmədiyi formalara bir ovuc pul saymalı olacaq.

Təsəvvür edin ki, hələ bu da bəs deyilmiş kimi bu basabasdan sonra yoluxmaların sayı hansı həddə çatacaq. Yoluxmaların sayının artması isə yenidən qapanmalara getmək, online təhsil sisteminə keçmək, alınan formalara, məktəb bazarlıqlarına verilən pulların havaya uçması demək deyilmi?

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »