Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Namizədlər üçün vakansiya seçimi başlayır
Namizədlər üçün vakansiya seçimi başlayır

Azərbaycan dili, alman dili, fizika, fiziki tərbiyə, fransız dili, kimya, informatika, riyaziyyat, rus dili və ədəbiyyatı, texnologiya və təsviri incəsənət fənləri üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində iştirak edən namizədlər üçün vakansiya seçimi mərhələsinə start verilir.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Qeyd olunan fənlər üzrə namizədlər 3 avqust saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər. Vakansiya seçimi prosesi 6 avqust saat 10:59-dək davam edəcək.

Qeyd edək ki, cari ildən etibarən ilk dəfə olaraq müəllimlərin işə qəbulu müsabiqəsində informatika fənni üzrə iştirak etmiş namizədlərə "Rəqəmsal bacarıqlar" layihəsi üzrə də vakansiya seçmək imkanı veriləcək. Onlar şəxsi səhifələrinə daxil olaraq layihə üzrə çıxarılan vakansiyaları seçə biləcəklər.

Son xəbərlər
Bütün xəbərlər »