Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zəncəfil haqqında bilinənlər və bilinməyənlər
Zəncəfil haqqında bilinənlər və bilinməyənlər

"Zəncəfil sağlamlıq üçün faydalıdır və xalq təbabətində dərman kimi istifadə edilir. Zəncəfilin tərkibində B3, B6, dəmir, kalsium, fosfor, sodyum, potasyum, maqnezym, potasium və digər minerallar var."

Xalq təbabəti ilə məşğul olan Xatirə Əliyeva, Bizimyol.info saytına açıqlamasında bildirib ki, zəncəfil qanın normal dövranını qoruyur. Tərkibində olan xrom, sink və maqnezium qanın axışını sürətləndirir. Həddən artıq tərləmə, yüksək hərarət və əsmə zamanı faydalıdır. Eyni zamanda bədənin istiliyini normallaşdırır:

“Zəncəfilin mədəyə də faydası var. Ürəkbulanma və qusma zamanı çox təsirlidir. Qrip zamanı zəncəfil orqanizmi gücləndirir. Belə ki, gündə 2-3 dəfə zəncəfil dəmləməsi içmək qripi və soyuqdəyməni aradan qaldırır. Bu bitki həzm prosesini asanlaşdırır, mədə ağrısına qarşı çox faydalıdır”.

X. Əliyeva bildirir ki, zəncəfil həm də güclü ağrıkəsicidir. Tənəffüs yolları xəstəliklərini sağaltma tərkibinə malikdir. Əgər öskürəyiniz dayanmırsa, gün ərzində 2-3 dəfə zəncəfil əmləməsi içməli və ya bir neçə dilim zəncəfil yeməlisiniz. Zəncəfil ciyərləri genişləndirir və nəfəs almağı asanlaşdırır. Bəlğəm gətirici tərkibə malikdir:

“Zəncəfil immun sistemini də gücləndirir. Mütəmadi olaraq zəncəfil istifadə etmək arteriyalarda meydana gələn piylənməninin qarşısını alır. Zəncəfil şəkər xəstələrinə də faydalıdır. Qanda olan yağ səviyyəsini azaldaraq, damarları qoruyur”.

Həmsöhbətimiz qeyd edir ki, zəncəfil çayı həm xəstəliklərin qarşısını alır, həm də sağalda bilir.

“Ümumi olaraq zəncəfilin hərhansı bir zərəri yoxdur. Ancaq bəzi xəstəliklər zamanı dərmanlarla eyni zamanda istifadə edildikdə zərərli ola bilər. Buna görə də hər hansı bir xəstəlik üçün dərman qəbul edirsinizsə, zəncəfil qəbul etməklə bağlı həkiminizlə məsləhətləşin” - deyə o bildirib.

X. Əliyeva zəncəfil çayının hazırlanması qaydası barədə də danışıb. Onun sözlərinə görə, iki dilim - qurudulmuşsa iki diş, toz halında isə, bir çay qaşığı zəncəfil 2 stəkan suda qaynadılaraq içilə bilər. Çayın daha çox təsirli olması üçün səhərlər acqarına içmək tövsiyyə edilir. Gün ərzində 3 dəfə yeməkdən əvvəl zəncəfil çayı çox faydalıdır:

“Zəncəfili gündə 3 dəfən artıq istifadə etmək olmaz. Bununla yanaşı təzyiq şikayəti olanlar və bununla bağlı dərman qəbul edənlər mütləq zəncəfillə bağlı həkimləri ilə məsləhətləşməlidir”

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »