Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Günvurmadan qorunmaq üçün tövsiyyələr
Günvurmadan qorunmaq üçün tövsiyyələr

Gün vurma xüsusilə yay aylarında yaşanan ən böyük sağlamlıq problemlərindəndir. Günvurma beyində və digər daxili orqanlarda problem yarada bilər.

Həkim terapevt Məlahət Abbasova Bizimyol.info saytına açıqlamasında bildirib ki, bədən istiliyinin həddən artıq yüksəlməsi, baş gicəllənməsi, bulanma, qusma, davranışın dəyişməsi gün vurmanın əsas əlamətlərindəndir.

“Gün vurma sinir sisteminin funksiyasında olan dəyişikliklər də daxil olmaqla, fiziki simptomplarla müşahidə edilən anormal dərəcəyə yüksəlmiş bədən istiliyi olan hipetermiya və ya istiliyə bağlı xəstəlikdir. Gün vurma dərhal müalicə edilməsə beyin, ürək, böyrək və əzələlərə zərər verə bilər” - deyən həkim gün vurmanın əlamətlərindən danışıb.

Həkim onu da qeyd edib ki, xəstəlik zamanı xəstənin tempraturu 40 C-dən yüksək olur. Baş gicəllənmə, bulanma və qusma, quru və ağrılı dəri, dəridə qızartı, əzələ dartılmaları, ürəyin atışında sürətlənmə, halsızlıq, özünən getmə, yuxululuq, danışma pozuntusu, əsəbilik və s. müşahidə edilir.

“Gün vurma zamanı ilkin yardım çox önəmlidir. Günvuran xəstəni sərin bir yerə aparın. Yerə uzadaraq, ayaqlarının azacıq yüksəkdə olması üçün ayağının altına nəsə qoyun. Bədənini soyutmağa çalışın. Bol su verin. Qoltuq altlarına və ya boyun ətrafını sərinləşdirməyə çalışın”- deyən həkim bildirib ki, günvuran şəxsə ilkin müdaxilə edildiyi təqdirdə o yarım saata özünə gəlməlidir və yaxşılaşmalıdır. Əgər xəstə yaxşılaşmırsa, həkim çağırın.

  • Günvurmanın qarşısını almaq üçün açıq rəngli geyimlər geyinməmək, 11.00-15.00 radələrində günəş altında olmamaq, alkoqollu içkilər içməmək tövsiyyə edilir.
  • Günvurma zamanı xalq təbabətindən də istifadə edilir. Xalq təbabətinə görə, günvuran şəxsin alnına soğan əzib qoymaq istiliyin azalmasına səbəb olur.
  • Bir stəkan suya bir qaşıq alma sirkəsi tutub içmək də istiliyi azaldır. Ayran-qatıq içmək bədəndə olan istiliyin azalmasına kömək edir.
  • Günvurma zamanı keşniş suyu da faydalıdır. Belə ki, keşnişi əzib suyunu çıxardıqdan sonra bir az şəkər əlavə edib içmək bədən istliyini azaldır.
  • Bitki yağlarından nanə yağı, avanta və zeytun yağı da faydalıdır. Bu yağları qarışdırıb günvuran insanın əl ayağını masaj etmək bədən istiliyini azaldır.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »