Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tullantıların təkrar emalı müəssisələrinə dövlət dəstəyi göstərilməsi mexanizmi hazırlanır
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

“Tullantıların idarə olunmasında təkrar emal müəssisələrinin rolu” mövzusunda Ekologiya və Təbii Sərvətlər Nazirliyində geniş tərkibli görüş keçirilib.

ETSN-in, “Təmiz Şəhər” ASC-in, Balaxanı Sənaye Parkının, təkrar emal müəssisələrinin məsul şəxslərinin iştirakı ilə keçirilən görüşün məqsədi tullantıların düzgün idarə olunmasında təkrar emal müəssisələrinin fəaliyyətinin dəstəklənməsi, təkliflərinin, planlarının, problemlərinin öyrənilməsi və onlara dəstək mexanizmlərinin müzakirəsi olub.

Tullantıların təkrar emalı müəssisələrinə dövlət dəstəyi göstərilməsi mexanizmi hazırlanır

Görüşdə təkrar emal müəssisələrinin qarşılaşdığı problemlər, mövcud vəziyyətdən çıxış yolları, xammal ehtiyaclarının ödənilməsində yerli idarəetmə orqanları tərəfindən onlara veriləcək dəstək, yeni təşviq mexanizmlərinin hazırlanması istiqamətində fikir mübadiləsi aparılıb və təkliflər dinlənilib.

Görüşün sonunda təkrar emal müəssisələrinin istehsal gücünün və potensialının artırılması üçün dövlət dəstəyi mexanizmlərinin hazırlanıb Hökumətə təqdim edilməsi qərara alınıb.

Paylaş »
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› “Altı aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »