Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şimali Koreya raket atdı, səsi BMT-dən gələcək - VİDEO+FOTO
Şimali Koreya bəyan edib ki, o, bütün ABŞ sərhədlərinə çata bilən qitələrarası raketi uğurla sınaqdan keçirib

Şimali Koreya noyabrın 28-də yerli saatla 02:47 rədələrində Yaponiya istiqamətində bir ballistik raket sınağı həyata keçirib.

"Hvason-15" qitələrarası ballistik raketi Şimali Koreyanın paytaxtı Pxenyanın yaxınlığındakı Phenan-Namdo vilayətindəki poliqondan buraxılıb.

Yaponiyanın Müdafiə Nazirliyinin yaydığı açıqlamaya görə, raket Yaponiyanın şimalındakı Aomori prefekturasından 250 km aralıya düşüb.

Şimali Koreyanın Mərkəzi Televiziyasının yaydığı məlumata görə, "Hvason-15" qitələrarası ballistik raketi ABŞ ərazisində istənilən hədəfi vura bilər.

"Raket Şimali Koreyanın lideri Kim Çen Inın şəxsi əmri əsasında, ABŞ-ün yürütdüyü düşmən siyasətə cavab olaraq buraxılıb. "Hvason-15" 950 km uçub və 4475 metrlik maksimal yüksəklik əldə edib. Raket 53 dəqiqə havada olub. Bu isə Şimali Koreyada raket-nüvə qüvvələrinin yaradılma prosesinin faktiki olaraq başa çatmasıdır", - açıqlamada deyilir.

Şimali Koreyanın bu sınağına cavab olaraq Cənubi Koreya qanadlı raketlərinin test buraxılışlarını reallaşdırıb.

ABŞ prezidenti Donald Tramp raket sınağını şərh edərkən bildirib ki, yaşananlar ölkəsinin Şimali Koreyaya olan münasibətini dəyişməyəcək: "Sizə bir söz deyim: bu məsələ bizi qayğılandırıb. Situasiyanın öhdəsindən gələcəyik".

Şimali Koreyanın yeni raket sınağı ilə bağlı olaraq BMT-nin Təhlükəsizlik Şurası bu gün fövqəladə toplantısını keçirəcək. Toplantının təşəbbüskarları ABŞ, Yaponiya və Cənubi Koreyadır.

[gallery columns="1" size="full" ids="35089,35090,35091,35092">

Son xəbərlər
Bütün xəbərlər »