Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Erməni işğalçıların bizə qurduğu ağlasığmaz ölüm tələləri - Foto
Erməni işğalçıların bizə qurduğu ağlasığmaz ölüm tələləri - Foto

Düşmən 27-30 il ərzində işğal altında saxladığı Qarabağ və Şərqi Zəngəzur bölgələrimizdə mina tarlaları salıb. İndi də xəritələrini vermir. Hərçənd həmin xəritələrin doğruluğuna da böyük şübhə var. 15 erməni diversantının qarşılığında Ağdamda basdırılnış 97 min minanın xəritəsini aldıq. Ancaq hazırda kompetent qurumlar, mütəxəssis qrupları həmin xəritənin doğruluğunu incələyir. Çünki Ermənistan tərəfi saxta xəritə də verə bilər; onlardan hər şey gözləmək olar.

"Hər şey gözləmək olar" deməkdə əsasımız da var. Baxın, biz indiyədək minaları torpağın dərinliklərində axtarırdıq və axtarırıq. Bir minaxtarandan eşitdiyimizə görə, elə hallar var ki, ermənilərin 3 minanı üst-üstə basdırdığı ortaya çıxıb. Yəni üstünə ayaq basanın yaşamaq şansı qalmasın. Bu qədər qəddarcasına bir əməl. Ancaq mina tələləri tək bu deyil.

Xocavənddə ağaca bağlanmış mina Xocavənddə ağaca bağlanmış mina

Biz minanı ayağımızın altında axtararkən məlum oldu ki, başımızın üstündə də varmış. Təqdim etdiyimiz şəkildəki kimi. Düşmənin istehkamçıları minanı ağaca da bağlayıb. Arxasından naqil birləşir. Yəni bizim əsgər gələndə mina işə salınır, partlayır, 160 metr radiusda qəlpələnir və təsəvvür edin ki, 400 qəlpə bizim hərbçilərə tərəf uçur. Bu şəkillər onu göstərir ki, işğaldan azad olunmuş ərazilərdə minalar tək yerin dərinliyində - ayaqlarımızın altında deyil, başımızın üstündə və ümumiyyətlə, hər yerdə ola bilər. Bu da daha diqqətli olmağı tələb edir. Əslində müharibə həm də bu müstəvidə hələ davam edir. Düşmən uduzub öz qınına çəkilsə də, zamanında bizim sıralarımızdan xeyli insanımızın həyatına son qoyan və təəssüf ki, bundan sonra da son qoyacaq ölüm tələlərini qoyub gedib. Bu minaların təmizlənməsi isə çox ağır, zaman və hətta bizdən can alan işdir. O 44 gündə necə döyüşən əsgərimizə dəstək olduq, eynilə də diplomatlarımıza və istehkamçılarımıza - həyatlarını hər gün risqə atan minaxtaranlara sahib çıxmalı, həssaslıq göstərməliyik. Bizi ölüm tələlərindən qoruyurlar axı...

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »