Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AVRO-2020: Bu gün daha 3 oyun keçiriləcək
AVRO -2020

Bu gün futbol üzrə Avropa çempionatında daha 3 oyun keçiriləcək.

Matçlardan biri B, ikisi isə C qrupunda baş tutacaq.

Günün ilk oyunu Rumıniyada olacaq. C qrupunun ilk turunda Niderlanda 2:3 hesabı ilə uduzan Ukrayna millisi Buxarestdəki "Milli Arena"da Şimali Makedoniya ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 17:00-da başlayacaq matçı argentinalı FIFA referisi Fernando Rapallini idarə edəcək.

Günün ikinci qarşılaşması Danimarka və Belçika milli komandaları arasında gerçəkləşəcək. Kopenhagendəki "Parken" stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Görüşün baş hakimi niderlandlı Byörn Kuypers olacaq. Danimarkalılar ilk görüşdə Finlandiyaya 0:1 hesabı ilə uduzub. Belçika isə Rusiyanın qapısından 3 cavabsız qol keçirib. Roberto Martinesin baş məşqçi olduğu kollektiv rəqibinə qalib gələcəyi təqdirdə 1/8 finala vəsiqəni təmin edəcək.

C qrupunun digər görüşündə turnirin favoritlərindən Niderland yığması Avstriya ilə münasibətlərinə aydınlıq gətirəcək. Amsterdamdakı "Yohan Kroyf Arena"da gerçəkləşəcək matçı İsrail Futbol Assosiasiyasından Orel Qrinfeld idarə edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.(report)

Avropa çempionatı

B qrupu, II tur

20:00. Danimarka - Belçika

Baş hakim: Byörn Kuypers (Niderland)

Kopenhagen, "Parken" stadionu

Xal durumu: Belçika - 3 (1), Rusiya - 3, Finlandiya - 3, Danimarka - 0 (1)

C qrupu

17:00.Ukrayna - Şimali Makedoniya

Baş hakim: Fernando Rapallini (Argentina)

Buxarest, "Milli Arena"

23:00. Niderland - Avstriya

Baş hakim: Orel Qrinfeld (İsrail)

Xal durumu: Avstriya - 3, Niderland - 3, Ukrayna - 0, Şimali Makedoniya - 0

Paylaş »
››› Türkiyədə yanğın yerinə gələn nazir Çavuşoğlu sərt reaksiya ilə qarşılaşdı – Video
››› Admiral Türkiyədəki yanğınların arxasında gizlənən ölkənin adını açıqladı
››› Ana uşağına bez və yemək almaq üçün televizoru satışa çıxardı
››› Dünyanı qorxudan 8.2 bal gücündə zəlzələ: Sunami xəbərdarlığı edildi
››› Soros Fondu Azərbaycan-Ermənistan sərhədində nəsə “itirib” - Təhlil
››› İtaliyada yumruq böyüklüyündə dolu yağdı: Şəhəri cəhənnəmə çevirdi - Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »