Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"YAŞAT" Fondu bu günə kimi 6 minə yaxın şəxsi öhdəliyə götürüb
"YAŞAT" Fondu bu günə kimi 6 minə yaxın şəxsi öhdəliyə götürüb
Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu) tərəfindən ağır yaralanan qazilərimizin səhhətinin bərpası ilə bağlı tədbirlər davam etdirilir.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, bu günə kimi 5 818 şəxs öhdəliyə götürülüb.

Eyni zamanda, bugünədək 2 881 şəhid ailəsi ziyarət olunub. Bundan başqa, 2 775 yaralının müraciəti qeydə alınıb. Ümumilikdə, ziyarət olunan şəhid ailəsi üzvləri və yaralıların sayı 14 280-dür.

Son xəbərlər
Bütün xəbərlər »