Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Beş ay öncə bitən müharibə və əlillik dərəcəsi ala bilməyən qazilər…
Beş ay öncə bitən müharibə və əlillik dərəcəsi ala bilməyən qazilər…

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə müraciət edən qazilər əlillik dərəcəsinin gecikdiyi ilə bağlı şikayət edirlər. Müharibə artıq uzun müddətdir ki bitib. Lakin bəzi qazilərin əlillik dərəcəsi hələ də müəyyən edilməyib. Bu şəxslər nə etməlidirlər ki, proses tezləşdirilsin? Qanunvericilik çərçivəsində bütün bunlar necə həyata keçirilməlidir? Qazinin hər hansı narazılığı varsa, öz iddiasını necə irəli sürə və bunu təmin edə bilər?

Məsələ ilə bağlı Vəkillər kollegiyasının üzvü Seymur Yusifli Bizimyol.info-nun suallarını cavablandıran zaman bildirib ki, bununla bağlı Nazirlər Kabinetinin 2020-ci il 16 fevral tarixli “Əlilliyin qiymətləndirilməsi” qaydası mövcuddur.

Seymur Yusifli Seymur Yusifli

“Əlillik dərəcəsinin verilməsi icra olunmadığı təqdirdə, qərar verildikdən sonra qanunda nəzərdə tutulmuş qaydada, həmin müddət çərçivəsində yuxarı orqana, Əmək və Əhalinin Sosial Müdafiəsi naziriliyinə və ya daha yuxarı qrumlara müraciət etmək mümkündür.

Əgər əlillik təyin olunub və sonrakı mərhələdə şübhələr əsasında xidmət tərəfindən həmin şəxsin əlillik dərəcəsi ləğv olunubsa, bu həmin qərarı mühabisələndirir. Lakin verilməsindən ümumiyyətlə imtina olunubsa, vətəndaşın yuxarı orqanlara müraciət etmək hüququ var.

Həmin təqüdlər iki formada verilir. Birincisi 19 aprel 2019-cu il tarixli “ Müharibə Veteranlarına Azərbaycan Respublikası prezidentinin təqaüdünün verilməsi” ilə bağlı fərmanda 80 manat göstərilir. Həmin müharibə iştirakçıları müharibə zamanı əlillik qrupu alıbsa, bu halda 2008-ci il 9 sentyabr tarixli “Müharibə əlillərinə Azərbaycan Respublikası prezidenti təqaüdünün təsis edilməsi” haqqında fərmanda nəzərdə tutulmuş əlillik dərəcələrinə görə müavinət verilir. Birinci qrup - 400, ikinci qrup - 350, üçüncü qrup əlilliyə görə isə 300 manat məbləğində müavinət verilir.

Vəkilin sözlərinə görə, vətəndaş Tibbi-sosial ekspert komisiyasının rəyi, şəxsiyyətini təsdiq edən sənəd, hərbi bilet və digər sənədləri əlavə etməklə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə müraciət etdikdən sonra, qanunda nəzərdə tutulmuş qaydada 15 gün müddətində həmin şəxsin müraciətinə baxılaraq cavab verilməlidir. Əgər 15 gün ərzində müraciətinə baxılmayıb və vətəndaşa cavab verilməyibsə, o zaman həmin şəxsin inzibati məhkəməyə müraciət etmək hüququ var.

Qeyd edək ki, bundan əlavə olaraq, hərbi qulluqçuların icbari şəxsi sığortası haqqında qanuna əsasən, əgər şəxs müharibədə iştirak edib, hərbi vəzifələrin yerinə yetirilməsi zamanı yaralanma, kantuziya, travma alıb və təxris olunduğu müddətdən 3 il ərzində əlillik dərəcəsi alıbsa, o halda Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən birinci qrup 8800, ikinci qrup 6600, üçüncü qrup əlillərə isə 4400 manat birdəfəlik ödənişlərin verilməsi nəzərdə tutulub.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »