Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Temperaturu yüksək olan şagirdlərin imtahan imkanı necə təmin olunacaq...
Temperaturu yüksək olan şagirdlərin imtahan imkanı necə təmin olunacaq...

Bu gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.

Pandemiya şəraitinə uyğun olaraq kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. Qeyd edək ki, ötən il koronavirus təhlükəsi ilə əlaqədar virus şübhəsi ilə bir çox şagirdlər imtahana buraxılmadılar. Sadəcə ona görə ki, onların temperaturu yüksək olmuşdu. Və beləcə ali məktəb arzusu ilə yaşayan, hazırlıq kurslarına xeyli əmək və pul sərf eləmiş şagirdlərin bir ili boşa getmiş oldu.

Təhsil eksperti Qoşqar Məhərrəmov bizimyol.info-ya bildirib ki, pandemiya şəraitində imtahanlarda nəzərə çarpan ən böyük çatışamzlıq da budur.

Qoşqar Məhərrəmov Qoşqar Məhərrəmov

“Belə şagirdləri imtahanlara buraxmamaq əvəzinə əvvəldən hazırlıq görülməli,prosesdə iştirak etmələri üçün xüsusi otaqlar ayrılmalıdır”,- deyə ekspert bildirib.

“Azərbaycanda ümumilikdə 4447 ümumtəhsil orta məktəbi və bir gün ərzində burda 16000 şagirdi qəbul etmək imkanı var. Maksimum səviyyədə bir imtahan günündə iştirak edənlərin sayı 26 min nəfər olur və təbii ki o şagirdlərin hamısı xəstə deyil. Təkcə Bakıdakı 320 məktəbdə 440 min şagird imtahanda iştirak edə bilər. Deməli bölgələri də nəzərə alsaq, şagirdlər rahatıqla bölüşdürülə bilər, bunun üçün nəzarətçi resursumuz da var. Hansısa şagirddə əlamət müşahidə olunarsa onun imtahan verməsini məhdudlaşdırmaq yox, ayrıca bir otaqda imtahan verməsini təşkil etmək olar.

Dünyanın bir neçə ölkəsində imtahanalar müəyyən proqramlarla xüsusi metodlarla aparılır. Azərbaycan bu təcrübədən yararlana bilmir. Çünki texniki imkanlarla tam təminat yoxdur. Bir sıra proqramlar var ki, o feyskontrol aparır və imtahanda birinin əvəzinə başqasının iştirakına imkan vermir. Məsafədən imtahan imkanları yaradılır. Bu il Ukraynada pandemiya il əlaqədar imtahan suallarını xeyli asanlaşdırıldı. Azərbaycanda da onlayn dərs təcrübəsi var. Bəzi proqramları tətbiq etməklə imtahanları da götürmək olar”,- deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə bu il bir sıra Avropa məktəblərində imtahanlarda daxili qiymətləndirmə əsas götürülüb. Bu Azərbaycanda yaxşı qarşılanmır. Valideynlər qiymətləndirmə zamanı müəllimin müəyyən maraqları əsas götürərək, subyektiv qərar alacağı, şəxsi maraqlarına görə qaydaları pozacağını düşünürlər. Bəzi istisnalar olmaqla haqsız da sayılmazlar. Orta məktəblərimizdə şagird məhz onun yanına hazırlığa gəlmədiyinə görə valideyinə və şagirdə psixoloji təzyiq edən müəllimləri hamımız görmüşük.

Bu il orta məktəblərdə buraxılış imtahanları 15,16,23,23, 29 aprel tarixlərində keçiriləcək. Ümumilikdə 85 min şagird imtahanlara qatılacaq.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »