Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Məğlub ölkə siyasi təxribatları və hərbi cinayətləri davam etdirir”
Ceyhun Bayramov

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Bin Əhməd Əl-Osaymin ilə keçirilən birgə mətbuat konfransında  bəyan edib ki,  “hərbi əsirlər mövzusu bağlanıb, “İsgəndər” və minalanmış ərazilərin xəritəsi məsələsinə aydınlıq gətirmədən “əsirlərin” – erməni diversantların geri qaytarılması Azərbaycanın maraqlarına cavab verməyəcək.

Bütün bunlar  dünən ermənilərin   həyəcanla hava limanında öz əsirlərinin geri qaytarılacağını gözlədikləri zaman baş verdi. Dünən axşam Prezidentin mətbuat xidməti İlham Əliyevlə Putinin telefon söhbəti haqda məlumat yaydı, bir saat sonra  Erməni mətbuatında bir qrup "hərbi əsir”in İrəvana bir başa reyslə uçması barədə xəbər yayıldı, yarım saat sonra isə   Ermənistan tərəfi təyyarənin boş qayıtdığını bildirdi.

Ermənistanın “hərbi əsirlərin qaytarılması” mövzusunda süni gündəm yaratmaq cəhdi siyasi manipulyasiyadır. Məqsəd üçtərəfli bəyanatın bəzi müddəalarından irəli gələn tələblərin bu ölkə tərəfindən icra olunmamasından diqqəti yayındırmaqdır”. Bu fikirləri “Bizim yol”a açıqlamasında politoloq Nurlan Qələndərli deyib. Onun sözlərinə görə, hərbi əsirlər mövzusu artıq öz həllini tapıb: “Məlumdur ki, Azərbaycan tərəfi üçtərəfli bəyanatın imzalanmasından sonra Ermənistana 70-dən artıq hərbi əsir verib. Sirr deyil ki, 10 noyabr razılaşmasından sonra Ermənistan Azərbaycanın ərazilərində bir sıra hərbi təxribatlar törətməyə cəhd göstərib, nəticədə hərbçilərimiz həlak olub, mülki şəxs yaralanıb. Ermənilərin həmin təxribatçı qrupları Azərbaycan tərəfindən zərərsizləşdirilib və cinayətkarlar tutulub. Nəticə etibarilə, 10 Noyabr 2020-ci il tarixli bəyanatın imzalanmasından, yəni hərbi əməliyyatların dayandırılmasından sonra Azərbaycanda saxlanılan şəxslər hərbi əsir hesab edilmirlər. Beynəlxalq humanitar hüquq normaları bu məsələni dəqiq təsbit edir. Onlar Azərbaycan Respublikasının cinayət məcəlləsinə görə qanun qarşısında hüquqi məsuliyyət daşıyırlar”. N.Qələndərli əlavə edib ki, Ermənistan bu cür spekulyasiyalarla məşğul olmaq əvəzinə üçtərəfli bəyanatda əksini tapmış öhdəliklərinə qeyd-şərtsiz əməl etməlidir: “Lakin görünən odur ki, məğlub ölkə hələ də siyasi təxribatlarını və hərbi cinayətlərini davam etdirir. Məsələn, Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir. Bu, beynəlxalq hüquq normaları əsasında qəbul edilmiş konvensiyalara zidd addım və növbəti müharibə cinayətidir. Eyni zamanda, bu cür qeyri-konstruktiv mövqe regional təhlükəsizliyə ciddi təhdid yaratmaqdır. Bunun qarşısını almaq üçün beynəlxalq təşkilatlar adekvat addımlar atmalı - məcburedici tədbirlər görməlidirlər. Ən əsası, müharibənin nəticələrindən dərs çıxarmalı olan Ermənistan postmünaqişə dövründə vəziyyəti gərginləşdirməyə xidmət edən addımlardan çəkinməlidir”,- deyə ekspert qeyd edib

Yerevanda dünəndən erməni hərbçilərinin yaxınları Müdafiə Nazirliyinin binasını  mühasirəyə alıb. Etirazçılar  Müdafiə Nazirliyinin rəhbərliyinin verdiyi yalan vədlərdən bezdiklərini deyirlər.Qısası köhnə ssenarilər  təkrar olunur. Bu dəfə çox ciddi şəkildə qarşısı alınmasa, biz səhnədə hansı tamaşanın göstəriləcyini də gözəl bilirik.

İlhamə Rəsulova

Paylaş »
››› "Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın"
››› Cərimələnən restorana sahib çıxan olmadı
››› Afaq Bəşirqızının oğluna yüksək vəzifə verilib
››› Azərbaycanın peykləri hazırda nə işlə mşğuldur...
››› Rusiyanın Ukraynaya görə Türkiyəyə təzyiq vasitəsi: hava əlaqəsi dayandırılır
››› Ramazan ayında sərt qapanma gəlir: İftar süfrələri qorxuludur, yoxsa diskotekalar...
››› Yerevanda Rusiya generalının qızının meyiti tapıldı
Son xəbərlər
Bütün xəbərlər »