Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BNA avtobus sürücüsünün sükan arxasında telefonla danışmasına münasibət bildirib
BNA avtobus sürücüsünün sükan arxasında telefonla danışmasına münasibət bildirib

Sosial şəbəkələrdə avtobus sürücüsünün sükan arxasında mobil telefon vasitəsilə videgörüntülü danışması ilə bağlı yayılan görüntülər nəzarətə götürülüb.

Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildririlib ki, həmin görüntülər “General Avto Kompani” firmasının müvəqqəti istismarında olan 38 nömrəli müntəzəm marşrut xətti üzrə 99 JV 443 Dövlət Qeydiyyat Nişanlı avtobusda qeydə alındığı müəyyən edilib. Sürücü Rahim Cəbrayılov sükan arxasında avtobus hərəkətdə olan zaman mobil telefonla video bağlantı qurub.

Məsələylə əlaqədar izahat verməsi üçün “General Avto Kompani” firmasının rəhbərliyi Bakı Nəqliyyat Agentliyinə çağırılıb.

"Bildiririk ki, sürücünün sükan arxasında mobil telefondan istifadə etməsi yol hərəkəti qaydaları əleyhinə inzibati xəta olmaqla yanaşı, həm də sərnişindaşımalarda təhlükə riskini artırır. Bu da sərnişinlərin narahatlığına səbəb olur. Müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən hüquqi və fiziki şəxslər xidmətin keyfiyyətli və təhlükəsiz təmin olunmasına qanunla müəyyən olunan qaydada məsuliyyət daşıyırlar. Hər bir daşıyıcı şirkət üzərinə düşən məsuliyyətə əməl etməli və bu kimi halların təkrarlanmaması üçün onlar tərəfindən ciddi tədbirlər görməlidir. Əks halda, daşıma şərtlərini pozanlar sərnişindaşımalardan kənarlaşdırılacaq", - deyə məlumatda qeyd olunub.

Son xəbərlər
Bütün xəbərlər »