Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycan vətəndaşları islahatlarla rifah halının yüksəldilməsi ilə daha da geniş əhatə olunacaq"
"Azərbaycan vətəndaşları islahatlarla rifah halının yüksəldilməsi ilə daha da geniş əhatə olunacaq"

Azərbaycanın xarici siyasəti cənab prezident İlham Əliyev tərəfindən mükəmməl şəkildə işlənib və yürüdülür. Hətta deyərdim ki, xarici siyasət o qədər gözəl qurulub ki, dünya siyasi arenasında İlham Əliyevlə müqayisə ediləcək lider yoxdur. Cənab prezindent əsl diplomatdır. Siyasətə şahmat oyunu kimi baxır və elə gedişlər edir ki, rəqiblərinin “mat” olmaqdan başqa yolu qalmır. Bunu biz 2020-ci il Vətən müharibəsi dövründən və ondan sonrakı mərhələlərdə gördük, şahid olduq. Xarici siyasətimiz sözün əsl mənasında mükəmməldir. Daxili siyasətdə, bəzi çatışmazlıqlar müşahidə edilir. Bu, əsasən məmur özbaşınalığı ilə əlaqədar olur. Maraqlısı budur ki, hər kəs təyinat aldığı zaman prezidentin qarşısında başını aşağı salıb, onu dinləyir və təyinat aldığı işə başlayan kimi prezidentə verdiyi sözləri unudur. Düzdür, bu məmurlar da sonradan öz "fəaliyyət"sizliyinin cəzasını alır. Amma bu da bəzən gecikmiş cəza olur. Bu gün azadlıqdan məhrum edilmiş məmurlara nəzərən bunu demək olar…

Daxili siyasət politoloqların gözündə necə görünür?

Politoloq İlyas Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanın daxili siyasətində hakimiyyət ilə xalq arasında böyük birlik mövcuddur. Və bu birlik bizə Vətən müharibəsində, eləcə də ondan sonrakı dövrdə qələbələrimizi şərtləndirdi.

İlyas Hüseynov İlyas Hüseynzadə

Politoloq vurğulayıb ki, qazilərimizə Vətən müharibəsi iştirakçılarına və şəhid ailələrinə dövlət qayğısı da ən yüksək səviyyədədir.

“Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra yeni dövrə qədəm qoydu. Bu günə qədər qaçqın və məcburi köçkün problemi və sosial iqtisadi problemlər, ordunun olmaması, iqtisadi sahədə keçid dövrünün yaşanması, bazar iqtisadiyyatına keçid şəraitində sosial problemlər də çoxluq təşkil edirdi. Dövlət bu problemlərin də öhdəsindən gəlmək üçün gücünü səfərbər etdi. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında əsrin müqaviləsinin imzalanması Azərbaycanın iqtisadi uğurlarını formalaşdırdı və onun təməllərini qoydu. Ardınca uğurlu neft strategiyası Azərbaycanı enerji sektorunda keyfiyyətcə yeni bir mərhələyə çıxardı. Və ölkəmizə gələn xarici valyuta məhz sosial problemlərin sosial qayğıların aradan qaldırılmasına sərf edildi. Məcburi köçkünlər üçün həyat şəraitinin yaxşılaşdırılması məqsədilə binalar tikildi, lazımi infrastruktur təmin olundu. İlbəil əmək haqlarının, təqaüdlərin artırılması, eləcə də insanların rifah halının yaxşılaşdırılması istiqamətində tədbirlər genişləndi və bu həmdə qanunvericilik səviyyəsində özünü göstərirdi”-deyə İlyas Hüseynov bildirib.

Politoloq İlyas Hüseynov qeyd edib ki, mövcud şəraitdə qalib Azərbaycan vətəndaşı daha yüksək rifah halına layiqdir. Bu, həm də sosial sifarişdir. Müxtəlif məmur özbaşınalıqları, müxtəlif vəzifədən sui-istifadə hallarıda mövcud olanda bunun da qarşısı amansızlıqla alınır.

Politoloq vurğulayıb ki, biz həm də struktur və kadr islahatları dövründə geniş şəkildə korrupsiya ilə mübarizənin şahidi olduq.

“Bu gün bu proses davam etdirilir. Ümid edirəm ki, Azərbaycan vətəndaşları daxili siyasətdə olan islahatlarla rifah halının yüksəldilməsi ilə daha da geniş əhatə olunacaq”-deyən politoloq bildirib ki, məhz yeni dövrün çağırışlarına uyğun olaraq, vətəndaşlar öz gündəlik həyatlarında bu uğurları və əldə olunan nailiyyətləri iqtisadi müstəvidə də daha geniş məzmunda hiss edəcəklər.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »