Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əhalini zəlil günə qoyan banklar: “Tükürpərdici faiz dərəcələri var”
Əhalini zəlil günə qoyan banklar: “Tükürpərdici faiz dərəcələri var”

İllərdir banklar Azərbaycan vətəndaşlarını zəlil günə qoyur, ailələrə ağır zərbə vurur, mülkiyyəti əlindən alınır və bu işin başında isə Mərkəzi Bank dayanır.

Bu fikirləri Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin iclasında səsləndirib.

Qeyd edək ki, Azərbaycandakı kredit faizləri dünyada ən yüksək kateqoriyaya daxildir. İnsanlar müxtəlif situasiyalarda kreditlərə tutmalı olur, amma faiz dərəcələrini fantastik səviyyəsi insanları müflis edir. Onların əmlakı müsadirə olunur. Halbuki normal faiz dərəcələri müflisləşmə ehtimalını azalda bilərdi. Yüksək faiz dərəcələri isə bank sisteminin inhisarlaşmış qaydada bir mərkəzdən bir barmaqla idarə olunmasının nəticəsidir. Ölkədə hətta hansısa bank aşağı faizlə kredit vermək istəsə, ona bu qaydada işləməyə imkan verilməz.

İqtisadçı Nemət Əliyev Bizimyol.info-ya açıqlamasında bildirib ki, doğurdan da Azərbaycanda istehlak krediti problemi var və bu faiz dərəcələrinin həddindən artıq yüksək olmasıdır.

Nemət Əliyev Nemət Əliyev

“Azərbaycan əhalisi hətta öz məişət problemlərini həll etmək üçün o kreditlərə üz tutur. Banklar da bundan sui-istifadə edərək yüksək faiz dərəcələri tətbiq edirlər.

Toy etmək, avtomobil və s. almaq istəyən insanlar kreditlərlə az-çox rastlaşdığı problemi həll edir. Lakin özlərini daha ağır yükün altına salırlar və sonradan o yükün altından çıxa bilmirlər. Azərbaycan əhalisini çox ağır sosial vəziyyətə gətirən problemlərdən biri də bu istehlak krediti, bankların tətbiq etdiyi yüksək faiz dərəcələridir.

Birmənalı olaraq deyə bilərəm ki, Azərbaycandakı faiz dərəcələri bəlkə də dünyanın heç yerində yoxdur. Azərbaycan bankları doğrudan da tükürpərdici faiz dərəcələri tətbiq edir. Türkiyədə, Rusiyada, Belarusda, hətta tənəzzül etməkdə olan Ermənistanda da bankların faiz dərəcələri bizimlə müqayidsədə xeyli aşağıdır. Bunun altından çıxa bilmək üçün banklar öz nəfislərinə “dur” deməyi bacarmalıdırlar”.

İqtisadçı onu da vurğulayıb ki, əgər kreditlərin ildən-ilə dəyişmə dinamikasına diqqət yetirsək, kredit həcmləri göstəricilərinin aşağı düşməsinin şahidi oluruq.

“Məsələn, 2014-cü ildə Azərbaycan iqtisadiyyatına 22-23 milyard həcmində kredit qoyulmuşdu. Bu gün isə onun həcmi 9-10 milyard dollara qədər düşüb. Bu, kifayət qədər yüksək olan faizlərin nəticəsidir. Yəni biznes adamları o kreditləri götürüb sonra geri qaytarmaq imkanı olmayıb və növbəti periodda ya banklar kredit verməkdən imtina edib, ya da çökmüş, soyulmuş vəziyyətə düşmüş iş adamları əlavə kredit vəsaitlərini götürməkdən imtina edib.

Kreditlərin stimulyasiya, təşviqedici xarakteri var. Kredit verilişinin sürətləndirilməsi  həm sosial həyat, həm də iqtisadiyyat üçün böyük təşviqedici xarakterə malikdir. Çünki iqtisadiyyatda canlanma yaratmağın ən təsirli vasitələrindən biridir kreditlər. Təsəvvür edin ki, Azərbaycan iqtisadiyyatının, əhalinin kredit resurslarına çox böyük ehtiyacının olmasına, kredit verilişlərinin sürətləndirilməsinə baxmayaraq, kreditlərin həcmi ildən-ilə aşağı düşür”,- deyə bildirib.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »