Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Rospotrebnadzor”: “Quş qripi”nin yeni növü mutasiyaya uğrayıb insandan insana keçəcək
Laboratoriya

“Rusiyada bu ilin fevralında bir neçə nəfərdə aşkarlanan “quş qripi”nin yeni növü olan A(H5N8) çox güman ki, tezliklə mutasiyaya uğrayacaq və insandan insana keçəcək”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu “Rospotrebnadzor”un rəhbəri Anna Popova TASS-a müsahibəsində deyib.

O bildirib ki, bunun baş vermə ehtimalı olduqca yüksəkdir.

A.Popova qeyd edib ki, belə bir ssenariyə hazır olmaq, testlər hazırlamaq və peyvənd yaratmağın vaxtıdır.

“Təhlükəni görüb dünyanı xəbərdar edə bildik”, - deyə o vurğulayıb.

Qeyd edək ki, ötən ay Rusiyada quşçuluq fermasının 7 nəfər əməkdaşında yeni növ “quş qripi” aşkarlanıb.

Paylaş »
››› Türkiyə serialında yanlışlıq: Azərbaycan ərazisi Ermənistan kimi göstərildi - Video
››› Çinlə İran arasında 450 milyardlıq müqavilə region üçün hansı təhdidi yaradır...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə səfiri Ermənistan prezidentinin Gürcüstandakı təxribatına cavab verdi
››› Azərbaycanda qadın bacısını bıçaqladı
››› Aprelin 19-na olan hava proqnozu
››› Peskov Putinin Sibir sevgisindən danışıb
Son xəbərlər
Bütün xəbərlər »