Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağsu aşırımı buz bağlayıb - Yol polisindən sürücülərə xəbərdarlıq
Ağsu aşırımı buz bağlayıb - Yol polisindən sürücülərə xəbərdarlıq

Baş Dövlət Yol Polisi sürücülərə xəbərdarlıq edib.

Bizimyol.info xəbər verir ki,  Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hazırda Baki-Quba-Rusiya sərhədi yolunun 85-ci km-dən başlayaraq, həmçinin Gəndob-Yalama yolunda, Bakı-Şamaxı-Yexlax yolununun 48-ci km-dən başlayaraq, həmçinin Ağsu aşırımında qar yağır, yolların hərəkət hissəsində qar və bəzi yerlərdə buzlaşma var, Bakı-Qazax-Gürcüstan sərhədi yolunun isə 400-cü km-dən başlayaraq qar yağır, hərəkət var.

Məlumatda qeyd edilir ki, qeyd olunan istiqamətlərdə hər iki oxu aparıcı olan, qış şinləri ilə təchiz olunmuş nəqliyyat vasitələrindən istifadə edilməsi, eyni zamanda qarlı hava şəraitində və buzlu yollarda avtomobili idarə etmək bacarığı olmayanların yola çıxmaması xahiş olunur.

Son xəbərlər
Bütün xəbərlər »