Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənilərin əksəriyyəti Qarabağa qayıtmağı düşünmür
Erməni uşaqları döyüşə aparılır

Keçən ilin payızında İkinci Qarabağ müharibəsindəki ciddi məğlubiyyətdən sonra bir vaxtlar azərbaycanlı qonşularını yaxın buraxmayan bir çox Qarabağ ermənisi hazırda özləri qaçqın vəziyyətinə düşüblər.

APA xəbər verir ki, 22 yanvar 2021-ci il tarixli, BMT-nin sifarişi ilə aparılmış bir araşdırmaya görə, “qaçqın vəziyyəti”nə düşən erməni ailələrinin 85%-dən çoxu hazırda yaşadıqları yerlərdən köçmək istəmirlər. Qalan 15%-ə gəldikdə isə, onlar ya Qarabağın böyük şəhərlərinə (Xankəndi, Xocavənd) qayıtmağı, ya da Ermənistanın böyük şəhərlərinə köçməyi planlaşdırırlar.

Eyni zamanda, erməni qaçqınların 60%-i üçün əsas qida mənbəyi ərzağın birbaşa paylanmasıdır. Onların təqribən 43%-nin övladları, eləcə də onları qəbul edən ev sahiblərinin 40%-i münaqişənin nəticələrinə görə təhsil almaq imkanından məhrum olub.

Qaçqınların 73%-dən çoxu, eləcə də onları qəbul edən ev sahiblərinin 49%-i münaqişənin qida əldə etmək imkanlarını azaltdığını söyləyirlər. Qaçqın ailələrin təxminən 14%-i və onları qəbul edən ev sahibi ailələrinin 11%-i həftədə azı bir dəfə ərzaq ala bilmir.

Xatırladaq ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin təqdim etdiyi rəsmi statistikaya görə, 2021-ci il noyabrın 10-da imzalanan sülh razılaşması çərçivəsində Rusiya sülhməramlıları tərəfinən indiyədək 50 mindən çox erməni bölgəyə qayıdıb. Mütəxəssislərin apardığı sorğuda iştirak edənlərin təxminən 70%-i azı yaxın aylarda bölgəyə qayıtmağı düşünmədiklərini bildiriblər.

Paylaş »
››› Ölkə sərt karantinə doğru gedir, qapanma olacaq
››› Keçmiş deputatın prokuror oğlu qaydanı pozdu - Video
››› İsa Məsih kimi qeybə çəkilən nazir və Allahın ümidinə qalan xəstələr
››› Almanlar Türkiyə dronlarına heyran qalıb: “Azərbaycanın hücumlarından şok olduq”
››› Münaqişə zonası: Rusiya intensiv zərbələr endirir
››› Bu dəfə Ukrayna Rusiyanı “boşaya” biləcəkmi...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »