Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlon Maskın Putinə dəvəti ilə bağlı - Kremldən açıqlama
Kreml, Moskva, Rusiya

“SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri İlon Maskın Rusiya Prezidenti Vladimir Putini söhbət etmək üçün “Clubhouse”a dəvət etməsindən sonra Kreml milyarderə müraciət ünvanlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib. O bildirib ki, müraciətə cavab verilməyib.

“Biz əslində, bu təklifin təfərrüatlarını aydınlaşdırmaq üçün sorğu göndərmişdik. Heç bir cavab almamışıq”,- deyə Peskov qeyd edib.

Peskov bunun anlaşılmazlıq olduğunu ehtimal etdiyini bildirib.

Xatırladaq ki, 14 fevralda İlon Mask öz tvitter hesabında səsli əlaqə və onlayn konfranslar üçün nəzərdə tutulmuş “Clubhouse” tətbiqi barədə paylaşım edib və Rusiya Prezidenti Vladimir Putini platformada söhbət etməyə dəvət edib. Mask paylaşımında Kremlin tvitterdəki rəsmi hesabını işarələyərək “Sizinlə danışmaq böyük bir qürur olardı”,-deyə bildirmişdi.

Paylaş »
››› "Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın"
››› Rusiyanın Ukraynaya görə Türkiyəyə təzyiq vasitəsi: hava əlaqəsi dayandırılır
››› Afaq Bəşirqızının oğluna yüksək vəzifə verilib
››› Arutyunyan Şuşaya gəldiyi iddia edilir: Terroçuların müəyyən hissəsi qaytarılacaq
››› “İsgəndər” raketlərini Azərbaycana Ermənistan atıb, yoxsa Rusiyanın özü...
››› Ramazan ayında sərt qapanma gəlir: İftar süfrələri qorxuludur, yoxsa diskotekalar...
››› Türk dövlətlərinin ortaq dili nə olmalıdır...
Son xəbərlər
Bütün xəbərlər »