Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda və Gəncədə avtomobil yanıb
Bakıda və Gəncədə avtomobil yanıb

Bakıda təmir sexində avtomobil yanıb.

Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 150 kvadratmetr olan avtomobil təmiri sexinin içərisində 20 kvadratmetr sahəyə yığılan avtomobil ehtiyat hissələri yanıb, yüksək temperaturdan orada təmirə dayanan “Honda” markalı minik avtomobilinin ön hissəsi əriyib.

Sexin və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Daha bir yanğın hadisəsi Gəncə şəhərində qeydə alınıb.

Belə ki, şəhərin Kəpəz rayonunda “Ford” markalı yük avtomobilinin mühərrik hissəsi yanıb, yüksək temperaturdan ön şüşəsi və idarəetmə lövhəsi qismən əriyib.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki hadisə zamanı alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər
Bütün xəbərlər »