Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qalatasaray" səfərdə "Fənərbağça"nı məğlub etdi
"Qalatasaray" səfərdə "Fənərbağça"nı məğlub etdi

Futbol üzrə Türkiyə Super Liqasında "Fənərbağça" və "Qalatasaray" komandaları arasında İstanbul derbisi keçirilib.

"Report"un məlumatına görə, XXIII tura təsadüf edən qarşılaşma "Ülker stadionu"nda baş tutub.

FIFA referisi Cüneyt Çakırın idarə etdiyi oyun "Qalatasaray"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qonaqların heyətində qolu 54-cü dəqiqədə misirli futbolçu Mustafa Məhəmməd vurub.

"Sarı qırmızılar" bu nəticədən sonra 48-ci xalını qazanıb və "Fənərbağça" ilə birlikdə 1-2-ci yerləri bölüşdürür.

Son xəbərlər
Bütün xəbərlər »