Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Köçəryan hakimiyyətə qayıtmaq istəyir
Köçəryan hakimiyyətə qayıtmaq istəyir

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan böyük siyasətə qayıtdığını bəyan edib.

Bu barədə o, “Sputnik Ermənistan”a müsahibəsində deyib.

R.Köçəryan bildirib ki, indi "aydın və güclü şəxsiyyətlərə" böyük tələbat var. Buna görə də yeni parlament seçkiləri ikiqütblü olacaq- mövcud hökumət və antipodlar arasında.

"İnsanlar populizmin meyvələrini daddılar, rəngli inqilabların nəticələrini və təcrübəsi olmayanların işlərini gördülər. Tamamilə fərqli tiplərə, komandalara - peşəkar menecer komandalarına, iradəsi olan insanlara, rəqiblərinin gözünə baxaraq, həqiqəti söyləyə bilənlərə ehtiyac var. Və Ermənistanda belə bir komanda var”, - deyə sabiq prezident vurğulayıb.(virtualaz.org)

Son xəbərlər
Bütün xəbərlər »