Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hikmət Hacıyev: "İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma prosesində bütün dağıdılmış dini abidələr bərpa ediləcək"
Hikmət Hacıyev: "İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma prosesində bütün dağıdılmış dini abidələr bərpa ediləcək"

“Ermənistan işğal etdiyi torpaqlarda dini yerləri, məscidləri yerlə yeksan edib. Ancaq fəxrlə deyə bilərəm ki, mənim ölkəmdə məscidlər, sinaqoqlar, kilsələr qorunur və yanaşı yerləşir”.

APA-nın xəbərinə görə, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev fevralın 6-da Azərbaycandakı xarici diplomatlarla birlikdə işğaldan azad olunmuş ərazilərə səfəri zamanı deyib.

O bildirib ki, yenidənqurma prosesində bütün dağıdılmış dini abidələr bərpa ediləcək: “Biz Prezidentin dediyi kimi, yenidənqurma işlərində qərarlı və qətiyyətliyik. Bərpa prosesi ilə bağlı artıq layihələr təsdiqlənib”.

Son xəbərlər
Bütün xəbərlər »