Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bizə şərt irəli sürürlər ki, azərbaycanlıların hərəkətinə o vaxt icazə verərik ki..."
"Bizə şərt irəli sürürlər ki, azərbaycanlıların hərəkətinə o vaxt icazə verərik ki..."

Dağlıq Qarabağın erməni sakinlərinin Azərbaycan ərazisindən keçərək Ermənistana getməsinə icazə verilməsi məsələsi birmənalı qarşılanmayıb. Konfiliktoloq Əvəz Həsənov belə bir addımın gərginliyi aradan qaldırılmasına xidmət edəcəyini və bu yolun açılmasını mümkün hesab edir.

Moderator.az məsələ ilə əlaqədar təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılın fikirlərini öyrənib.

Ilham Ismayıl İlham İsmayıl

İlham İsmayılın mövqeyini nəzərinizə çatdırırıq:

“Məlumdur ki, bir neçə gün əvvəl Ağdərə bölgəsində yaşayan ermənilər Kəlbəcərə inşaat materialları aparan Azərbaycan maşınlarının önünü kəsərək, onları müşayət edən Rusiya sülhməramlılarına şərt irəli sürüblər. Ermənilərin şərti budur ki, Laçın dəhlizindən deyil, Kəlbəcərdən keçməklə Basarkeçərə (Vardenis) gedə bilsinlər, əks halda Azərbaycan tərəfinin Ağdərədən keçməsinə mane olacaqlar. Diqqət edin: bu adamlar xahiş deyil, şərt irəli sürürlər. Bu vacib məqamdır. Qalib tərəfə şərt irəli sürüb deyirlər ki, azərbaycanlıların hərəkətinə o vaxt icazə verərik ki, Kəlbəcər-Vardenis yolu onlar üçün açılsın. Əgər bu adamlar şərt irəli sürmədən ilk növbədə Azərbaycan Respublikasından, daha sonra vasitəçi kimi Rusiya sülhməramlılarından xahiş etsəydilər ki, konkret olaraq yalnız Ağdərədə yaşayan erməni əhalisinə belə bir imkan yaradılsın, bəlkə də xoş məram göstərib razılaşmaq olardı. Bu hərəkət göstərir ki, düşmən 44 günlük müharibənin nəticələrindən dərs almayıb, iddiaları yerindədir, “Artsax” adından danışır, bu adı təkrar edən rus generala təşəkkür edirlər. Bu davranış, bu şərt heç cür qəbul oluna bilməz.

İkincisi, biz Laçın dəhlizi istiqamətində sərhədə nəzarət yarada bilməmişik, hələ bir Kəlbəcər yolunu da peşkəş etməliyik ermənilərə? Bu dövlət sərhədidir, ölkədaxili yol deyil ki, açıla. Ermənilər heç Ağdam-Şuşa yolunu açmırlar, Ağdərə yoluna şərt qoyurlar, amma biz dövlət sərhədini açmalıyıq? Bu nə yanaşmadır?

Əksinə, Kəlbəcər istiqamətində olan sərhədə müəyyən bir dövr üçün böyük sədd hörmək lazımdır. Nə vaxt Azərbaycanın Qarabağda suverenliyi tam bərpa olunar, Ermənistan bizim ərazi bütövlüyünü tanıdığını rəsmən bildirər, o zaman yolun açılmasına şərait yaratmaq olar və beynəlxalq qayda-qanunlara görə sərhəd-gömrük məntəqəsi yaranar.

Hələ nəzərə alınmalıdır ki, məhz Ağdərədə, Sərsəng istiqamətində Ermənistan silahlı qüvvələrinin böyük sayda kontingenti cəmləşib. Erməni hərbçilərin gediş-gəlişinimi rahatlamalıyıq?

Biz ilk növbədə Laçın istiqamətində sərhədə nəzarət etməyi həll etməliyik, Kəlbəcər yolunu açmağı yox!"

Son xəbərlər
Bütün xəbərlər »