Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İdmançılar etiaz etdilər- Kafelər açılır, idman zalları açılmır
İdmançılar etiaz etdilər- Kafelər açılır, idman zalları açılmır

Dünən bir qrup idmançı və məşqçi Milli Olimpiya Komitəsi qarşısına yığışaraq, idman zallarının açılması tələbi ilə yazılı müraciət ediblər.

Bizimyol.info-un məlumatına görə, onlar Operativ Qərargaha və Təbibə səslənərək qapalı içtimai iaşə obyektlərinin (kafe, restoran,çayçı,alış veriş mağazaları və s) fəaliyyətinə icazə verildiyi halda idman zallarının açılmamasına etirazlarını bildirərək sağlamlığın rəhni olan idmana qoyulan qadağaların qaldırılmasını tələb ediblər.

“Artıq bir ilə yaxındır ki, idmandan uzaq qalan idmançıların həddindən artıq dərəcədə zəifləməsini, bərpa prosesinin çox vaxt aparacığnı və bununla da ölkəmizin bir sıra beynəlxalq turnirlərdə yüksək səviyyədə təmsil edəbilməyəcəyni, yeniyetmə- gənclərin asudə vaxtlarını səmərəsiz halda keçirərək pis vərdişlərə yönələbiləcəyini,əksər məşqçi-müəllimlərin idman fəaliyyətləri dayandığı üçün maddi olaraq sıxıntı içində olduğunu,artıq icarə haqlarınıverə bilmədikləri üçün bir sıra idman zallarını bağlayaraq tərk etməli olduğunu və bu kimi bir sıra yaranmış və yaranabiləcək başqa problemləri nəzərə alaraq idman zallarının fəaliyytinin də bərpa olunmasını xahiş və tələb edirik”,- deyə müraciətdə qeyd edilib.

İdmançılar bildirib ki,dünyada yeganə ölkəyik ki, idman fəaliyyətləri dayandırılıb. Zallar bağladılıb. Karantin rejiminin daha sərt olduğu ölkələrdə belə idman zallarının fəaliyyətinə heç bir məhdudiyyət qoyulmadığını bildirən məşqçilər və idmançılar zalların açılmasının heç bir mənfi təsiri olmayacağını artıq dünya təcrübəsində gördüklərini vurğulayıblar.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »