Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan minalanmış ərazilərin xəritəsini vermir: “Bu ölkə beynəlxalq məhkəməyə verilməlidir”- Hərbi ekspert
Ermənistan minalanmış ərazilərin xəritəsini vermir: “Bu ölkə beynəlxalq məhkəməyə verilməlidir”- Hərbi ekspert

“Ermənistan heç bir zaman beynəlxalq hüquqa və müharibə qanunlarına əməl etməyib. Nə BMT Təhlükəsizlik Şurasının qərarlarını, nə ATƏT-in, nə də Avropa Şurasının qərarlarını yerinə yetirməyib. Adi insan haqları qaydalarına əməl etməyiblər”.

Bunu Bizimyol.info-ya açıqlamasında hərbi ekspert Emin Həsənli bildirib.

Emin Həsənli Emin Həsənli

Ekspert qeyd edib ki, Ermənistanla hüquq, mənəviyyat, əxlaq, qayda-qanun sözləri bir cümlədə işlədilə bilməz. Bunu keçən illər, müddət özü sübut edib. Ermənistan beynəlxalq hüquqda ən ağır cinayətləri törədib. Soyqırım, terror, işğal, separatizm, əsirlərlə davranış məsələlərində və müharibə qanunlarında heç birinə əməl etməyiblər. O minaların bir çoxu son dövr konvsensiyalara görə beynəlxalq hüquqda qadağan edilmiş minalar var ki, Ermənistan o minaları həmin ərazilərə basdırıb. Bütün hərbçilər bilir ki, minanı ancaq o sahə üzrə ixtisaslaşmış hərbçilər basdırırlar və istehkamçıların isə konkret xəritələri olur, o xəritələr tərtib edilir və hərbi hissələrin, müdafiə nazirliyinin arxivində qalır, arxivləşir, hansı ərazilərdədir, hansı sayda basdırılıb, məsafə nə qədərdir onlar hamısı işarələnir. Heç zaman minalar özbaşına əraziyə basdırıla bilməz. Ona görə ki, həmin dövlətin, həmin ordunun, həmin hərbi hissənin əsgərləri, vətəndaşları o minaya düşə bilərlər. Ona görə də o minalar basdırılanda müxtəlif işarələr də qoyulur və Ermənistanda da bu xəritələr var. Təəssüflər olsun ki, Ermənistan bu boyda cəzalandırıldıqdan sonra yenə ağıllanmaq istəmir. Həm də istəyir ki, bölgədə normal münasibət qursun qonşularla. Normal münasibət qurmaq istəyirlərsə öz iqtisadiyyatlarını, dövlətlərini dirçəltmək istəyirlərsə normal münasibət olmalıdır. Bu normal münasibət yoxdur”.

Hərbi ekspert bildirib ki, Azərbaycan cəmiyyətində haqlı olaraq Ermənistana nifrət var, Ermənistana inamsızlıq var: “Onun heç bir vədinə, heç bir sözünə inanılmır. Ona görə ki keçən müddət bunu göstərib. Bizim xalq onlardan 1905-1907-ci illərdə, 1918-ci ildə, 1948-1953-cü illərdə, 1988-ci ildən də bu yana 30 ildən artıqdır ki, müxtəlif yalanlar, müxtəlif sözlər, müxtəlif fikirlər eşidirlər. Ermənistan istər Çar Rusiyasının dövrü olsun, istər Sovet Rusiyasının dövrü olsun, istər "müstəqillik" dövrü olsun, Ermənistanda hakimiyyətdə sosialistlər olsun, daşnaksütun olsun, "demokratlar" olsun fərqi yoxdur, hakimiyyətdə kimlərin olmasından asılı olmayaraq, rejimin dəyişməsindən asılı olmayaraq bunlar heç bir zaman insanlıq qanunlarına əməl etməyiblər, türkə, azərbaycanlıya böyük nifrət var və bu nifrət də hesab edilirdi ki, 27 sentyanrdan sonra 44 günlük əməliyyatdan sonra onlar ayılar, ağıllanar”.

Ekspert təəssüflə bildirib ki, Ermənistan hələ də minalanmış ərazilərin xəritəsini Azərbaycana vermir: “Azərbaycan yəqin ki dövləti minalanmış ərazilərlə əlaqədar, həm dəymiş ziyanla əlaqədar, insan həyatı bizim üçün çox önəmlidir, bu məsələləri beynəlxalq aləmdə, beynəlxalq məhkəmələr qarşısında qaldıracaqdır. Amma ən təəssüfedici hal odur ki, münaqişənin həlli ilə məşğul olan ölkələr 30 ilə yaxındır ATƏT-in həmsədr dövlətləri konkret addım atmadı. İşğalçını adı ilə çağırmadılar. BMT olsun, ATƏT olsun, Avropa Birliyi olsun bu ölkələr bu faktlara qarşı öz fikirlərini bilrdirmirlər, öz mövqelərini bildirmirlər. Hansısa bir şəxsə qarşı nə isə olanda insan hüquqlarından, insan həyatından, humanizmdən, demokratiyadan danışanlar Ermənistanın bu cür təcavüzü nəticəsində bu çür beynəlxalq hüquqla ziddiyyət təşkil edən, beynəlxalq hüququ tapdalayan, qanunları, humanizmi tapdalayan bir addıma qarşı heç bir bəyanat vermirlər. Bu da onu göstərir ki, Azərbaycan dövləti daha da güclənməlidir və bütün problemləri öz gücümüzə, öz dövlətimizin gücünə, öz xalqımızın gücünə özümüz həll etməlidir. Azərbaycan güclü dövlətdir, xalqımız qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirəcəkdir. Allah şəhidlərimizə rəhmət eləsin, yaralarımızın tez bir zamanda sağalmasını arzu edirəm”.

Son xəbərlər
Bütün xəbərlər »