Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qəbələ sakinlərindən silahlar götürüldü
Qəbələ sakinlərindən silahlar götürüldü

Qəbələ sakinlərində müvafiq sənədləri olmayan silahlar aşkarlanıb.

Bizimyol.info xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayonun Mirzəbəyli kənd sakinləri - H.Sədullayev, R.İsgəndərov və S.Məmmədovun hərəsindən bir ədəd müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Həmin şəxslər barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

Son xəbərlər
Bütün xəbərlər »