Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Evinə dönən "Paşa" ləqəbli qazi böyük coşqu ilə qarşılandı - Video
Allahşükür Qasımov

Düşməni yalnız qorxmazlığı ilə deyil, cüssəsi ilə də vahiməyə salan "Paşa" ləqəbli qəhrəman Allahşükür Qasımov bu gün qalib əsgər kimi doğma yurdu Cəlilabadda böyük sevgi ilə qarşılanıb. İgid hərbçinin sağ-salamat qayıtması doğmaları ilə bərabər rayon sakinlərinin də böyük sevincinə səbəb olub.

Doyüş meydanında düşməni lərzəyə salan Allahşükür Qasımov Cəlilabadda böyük coşqu ilə qarşılanıb.

Uşaqdan böyüyə hamı rayon mərkəzinə Paşanı qarşılamağa çıxıb. Boy-buxunu, cüssəsi ilə düşmənin canına od salan Allahşükürün vətən müharibəsində göstərdiyi şücaət həmyerlilərinin qəlbini qürur hissi ilə doldurub. Danışılası, bölüşəsi məqamlar, xatirələr yetərincədir. Axı qəhrəmınımız Fizuli, Cəbrayıl və nə zamansa alınmaz qala sayılan Şuşanın geri qazanılmasında böyük rəşadət göstərib.

Bu da müzəffər əsgərimizin atası Simran Qasımov deyir ki, oğlum üzümüzü ağ elədi, düşmənin qarşısında igid kimi döyüşərək, torpaqlarımızın azad olunmasında iştirak etdi.İndi ailə ikiqat sevinc hissi yaşayır. qarabağın azad olmasına sevinən valideynlər bir də ovladlarının sağ-salamat qatyıtmasına görə özlərini dünyanın bəxtəvəri sayırlar.

Sosial mediaya Paşa kimi səs salmiş qəhrəmanımız artıq evdədir. Savaşın səs-küyündən, barıt qoxusundan uzaqda. Amma artıq onu ömür boyu müşayiət edəcək zəfər sevincinin tam içində!

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Paylaş »
››› "Bakı Xəzər sahillərini itirəcək" - Almaniya mətbuatı
››› "Bizə şərt irəli sürürlər ki, azərbaycanlıların hərəkətinə o vaxt icazə verərik ki..."
››› “Ey, oğlan, atandan soruş ki, Afrikaya şir ovuna getmək əvəzinə niyə orduya bir-iki PUA almırdı?...”
››› “Navalnı Putini devirə bilər” - Rusiyada siyasi durum gərginləşib
››› Nikol Paşinyan: "20 Yanvarda Bakıda qətlə yetirilənlərin ruhları qarşısında baş əyirəm"
››› "Avropa Türkiyədən aşkar geri qalır" - Azərbaycanın qələbəsinə dünyadan reaksiyalar
››› Vilayət Eyvazov polis rəisini işdən azad etdi
Son xəbərlər
Bütün xəbərlər »