Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vətən mübaribəsi əsgərinin övladı ağır durumdadır - Video
Vətən mübaribəsi əsgərinin övladı ağır durumdadır - Video

Vətən müharibəsi əsgəri Əbülfəz Cəfərov sarılıq xəstəliyindən əziyyət çəkən övladı üçün kömək istəyir.

Bizimyol.info xəbər verir ki, hazırda hərbi xidmətdə olan Ə.Cəfərov övladı 7 yaşlı Abbasın əməliyyatı üçün müraciət edib.

Abbas Cəfərov Abbas Cəfərov

Abbas Cəfərov 22 dekabr 2013-cü ildə Sabirabad rayonunda doğulub. Sarılıq xəstəliyindən əziyyət çəkən uşağın səhhətində digər problemlər də baş qaldırıb. Bakıda müxtəlif özəl klinikalarda müalicə alıb. Lakin faydası olmayıb.

Hazırda da Hematologiya və Transfuziologiya İnstitutunda müalicəsini davam etdirir. Abbasa "aplastik anemiya" diaqnozu qoyulub və ilik köçürülməlidir. Həkiminin sözlərinə görə, əməliyyat üçün ilk mərhələdə 36 min manat (daha çox da ola bilər) pul lazımdır. Ailənin isə buna imkanı çatmadığı üçün müvafiq qurumlardan, imkanlı şəxslərdən yardım istəyirlər.

Abbasın atası Əbülfəz Cəfərov 20 sentyabr 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad Rayon şöbəsinə (yaşadığı yer üzrə) müraciət edib. Könüllü kimi sentyabrın 21-də təlimə aparılıb. Döyüşlər başladıqda isə ön cəbhədə xidmətini davam etdirib.

Yardım etmək istəyənlər üçün uşağın atası Əbülfəz Cəfərovun adına açılan kartın fotosu:

Vətən mübaribəsi əsgərinin övladı ağır durumdadır - Video

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »