Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aydan götürülən süxur nümunələri Yerə çatıb
Peyk - Azərkosmos

Çinin orbitə çıxardığı “Çanye-5”in (Chang'e-5) kosmik aparatının qayıtma kapsulu dekabrın 17-də gecə saatlarında yerə enib. Ölkənin elmi tədqitaq məqsədilə Aydan süxur nümunələri gətirmək layihəsi uğurla tamamlanıb. Bununla da Çin ABŞ və keçmiş SSRİ-dən sonra Aydan süxur nümunələri gətirən 3-cü ölkə olub.

Bizimyol.info xəbər verir ki, Çin Dövlət Kosmos Administrasiyasından verilən məlumata görə, içərisində Ay səthindən götürülmüş təxminən 2 kiloqramlıq süxur nümunələri olan kapsul yerli vaxtla saat 1:59-da Çinin Daxili Monqolustan muxtar bölgəsində yerə yumşaq eni edib. Yerə enəcək kapsul təxminən 5 min kilometr hündürlükdə olanda "Çanye-5"in uçuş modulundan ayrılıb və saniyədə 11,2 kilometr sürətlə Yer atmosferinə daxil olub. Yer səthindən təxminən 10 kilometr yüksəklikdə olarkən kapsulun paraşütü açılıb və planlaşdırıldığı yerə enib. Kapsul Pekində açılacaq və gətirdiyi süxur nümunələri araşdırmalar üçün alimlər qrupuna təqdim olunacaq. Aydan gətirilən süxur nümunələri Yerin təbii peykinin yaşının öyrənilməsi və Günəş sisteminin tədqiqatına kömək edəcək.

Çin Dövlət Kosmos Administrasiyasının Ayın tədqiqi və kosmos proqramının rəhbərinin müavini Pey Caoyu deyib ki, süxur nümunələrinin tədqiqatı başqa ölkələrin alimləri üçün də açıq olacaq.

Qeyd edək ki, Çinin Aydan nümunələr gətirmək üçün başladığı ilk missiya noyabrın 24-də start götürüb. Çinin kosmos tarixində vacib məqamlardan olan bu hadisə, həm də dünyada son 40 ildə Aydan nümunələr gətirmək üçün göndərilən ilk missiyadır. “Çanye-5” kosmik aparatının orbitdə qalmağı, Ayın səthinə enib-qalxmağı, uçuşu və Yerə qayıtmağı təmin edən dörd moduldan ibarət olub. Ayın orbitinə daxil olduqdan sonra enmə-qalxma modulu “Çanye-5”dən ayrılaraq Yerin təbii peykinin görünən tərəfinin qərb hissəsində Ay səthinə uğurlu eniş edib. Modulun endiyi yerin geoloji yaşı ABŞ-ın və keçmiş SSRİ-nin 40 il əvvəl nümunələr götürdüyü yerdən daha gəncdir. "Çanye-5" isə Ayın orbitində dövrə vurmağa davam edib. Enmə-qalxma modulu robot vasitəsi ilə Ayın səthini qazaraq geoloji süxur nümunələri yığıb. Kosmik aparatın enmə-qalxma modulu Ay səthindən təxminən 2 kiloqram süxur nümunələri götürdükdən sonra qalxma modulu Aydan aralanaraq orbitə qalxıb. Qalxma prosesi cəmi 6 dəqiqə çəkib. Modul Ay orbitində gözləyən "Çanye-5" kosmik aparatı ilə birləşərək, topladığı süxur nümunələrini ona ötürdükdən sonra ayrılıb. Daha sonra "Çanye-5"in geri qayıtma modulu süxur nümunələrini Yerə qaytarmaq üçün Yerin orbitinə doğru hərəkət edib.

Bu həm də 2004-cü ildə başlanılan Çinin 3 mərhələli Ayın tədqiqatı proqramının uğurlu nəticəsidir. Çin alimləri gələcəkdə Yerin təbii peykinə insan missiyası göndərməyi və Ayda elmi-tədqiqat stansiyası quraşdırmağı hədəfləyib.

Paylaş »
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› “Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› “Şuşadan Ermənistana və onun havadarlarına xəbərdarlıq edildi”
››› Prezident İlham Əliyev Şuşaya yola düşüb - Video
Son xəbərlər
Bütün xəbərlər »