Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da ilk vaksini tibb bacısına vurdular - Video
ABŞ-da ilk vaksini tibb bacısına vurdular - Video

ABŞ koronavirusdan ən çox əziyyət çəkən ölkədir. Burada virusa yoluxanların sayı 17 milyon nəfərə yaxınlaşır.

Bizimyol.info xəbər verir ki, ABŞ-da “BioNTech-Pfizer” vaksinindən istifadəyə başlanılıb. İlk peyvənd tibb bacısına vurulub. Nyu-Yorkda işləyən Sandra Lindsey sınaqda iştirak etməyə razılıq verib. İlk vaksinin vurulması canlı yayımda həyata keçib. Prosesi Nyu-York ştatının qubernatoru Endryu Kuomo video-konfransla izləyib.

Lindsey nikbin danışıb: “Bu gün ümidliyəm. Rahatlıq tapdım. Yaxşı olacağımızı hiss edirəm. Ümid edirəm ki, vaksin ölkəmizdə çox ağrılı bir dönəmə son qoyacaq”.

Səlahiyyət müddəti başa çatmaqda olan ABŞ prezidenti Donald Tramp “Twitter”də bu haqda yazıb. O, sevincini gizlətməyib. Tramp ABŞ-ı bu hadisə ilə bağlı təbrik edib.

Son xəbərlər
Bütün xəbərlər »